Joze Mourinyo İspaniya La Liqasında 15 ildən sonra ilk dəfə «Santyaqo Bernabeu»da məğlubiyyət yaşayıb.
Oxu.Az Sports.ru-ya istinadən xəbər verir ki, bu, İspaniya La Liqasının XIV turunda «Real Madrid»in doğma meydanda «Alaves»ə 1:2 hesabı ilə uduzması ilə mümkün olub.
İdman «Santyaqo Bernabeu»da sensasiya: «Real» «Alaves»ə məğlub oldu - VideoJoze Mourinyo sonuncu dəfə 2011-ci ilin dekabrın 10-da İspaniya çempionatı çərçivəsində «Santyaqo Bernabeu»da məğlubiyyətlə üzləşmişdi. Həmin vaxt Madrid klubu «Barselona»ya 1:3 hesabı ilə uduzmuşdu.
«Alaves» isə tarixində üçüncü dəfə La Liqada səfərdə «Real Madrid» üzərində qələbə qazanıb.
Maraqlıdır ki, komandanın əvvəlki səfər qələbəsi də noyabrın 28-də qeydə alınıb. 2020-ci ildə baş tutan həmin qarşılaşma da 2:1 hesabı ilə başa çatıb. «Alaves» ilk dəfə isə 2000-ci ilin mayında Madrid təmsilçisini səfərdə 1:0 hesabı ilə məğlub edib.