"İnter Mayami"nin argentinalı hücumçusu Lionel Messi nadir rekorda imza atıb.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, o, MLS tarixində ardıcıl 4 matçda dubl edən ilk oyunçu olub.
Messi bunu "Nyu İnqlend Revoluşın"a 2:1 hesabı ilə qalib gəldikləri görüşdə dubl müəllifi olmaqla reallaşdırıb.
Qeyd edək ki, 38 yaşlı futbolçu daha əvvəl "Kolumbus Kryu" (5:1) və "Monreal İmpakt" (4:1, 4:2) komandalarına qarşı görüşlərdə də dubla imza atıb.