top
Hacı Əliyev Azərbaycan güləşinin daima zirvələrdə olması üçün çalışır Idman.biz
10 iyul 2025, 18:34
- ↺ +

Hacı Əliyev Azərbaycan güləşinin daima zirvələrdə olması üçün çalışır

"Yarışlara və qələbələrə öyrəşmişəm. Düşünürəm ki, kifayət qədər güləşdim və böyük uğurlar əldə etdim. İndi isə yeni işimin başındayam".

İdman.biz xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında "Paris-2024" Yay Olimpiya Oyunlarından sonra karyerasını başa vuran Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev deyib.

Hazırda Azərbaycan Güləş Federasiyasında (AGF) funksioner kimi fəaliyyət göstərən veteran idmançı yeni işindən bəhs edib: "Yaş qrupundan asılı olmayaraq, bütün milli komandaların koordinatoru vəzifəsində çalışıram. Bildiyim işdir. Məşqlərdə və yarışlarda yığmalarla birlikdə oluram. Misal üçün, bu yaxınlarda yeniyetmələr arasında dünya çempionatı keçiriləcək. Mən də güləşçilərimizlə birgə mundiala yollanacağam. Fikrimcə, bu gün idmançıların yanında olmaq onlar üçün də böyük stimuldur. Karyeramı yeni başa vurduğum üçün milli komandanın üzvləri ilə ünsiyyətimiz tamamilə fərqlidir. Onlarla dostluq münasibətimiz var. Sözsüz ki, hörmət də öz yerindədir. Onlarla rahat şəkildə məşq edir, öz bildiklərimi bölüşürəm. Çalışıram ki, Azərbaycan güləşi daima zirvələrdə olsun və uğurlarımızın sayı günü-gündən artsın. Bunun üçün əlimizdən gələni edirik".

O, aşağı yaş qruplarında güləşin hazırkı durumundan da söz açıb: "Yeniyetmə və gənclərimiz bu yaxınlarda Avropa çempionatından medallarla döndülər. Təbii ki, mükafatsız qalanlar da oldu. Bu o demək deyil ki, həmin uşaqlar zəifdirlər. İdman elə bir şeydir ki, hər zaman qalib gəlmək olmur. Potensiallı yeniyetmələrimizin sayı çoxdur. Bəzən beynəlxalq yarışlarda yer tutan uşaqlar yuxarı yaş qruplarına cəlb olunduqdan sonra nəticə verə bilmirlər. Çalışacağam ki, belə gənclərimiz itməsinlər. Onları xüsusi nəzarətdə saxlayırıq. Başqa cür mümkün deyil. Belə güləşçilərimizi qoruyub saxlamaq lazımdır. Ümid edirəm ki, gələcəkdə də öz işimizlə gözəl nəticələrə imza ata biləcəyik".

Əliyev qarşıdakı illərdə məşqçi ola bilmək ehtimalından da danışıb: "Əlbəttə ki, ola bilər. Koordinator elə bir vəzifədir ki, sadəcə, idmançılara deyil, məşqçilərin proqramlarına da nəzarət edilir. Əslində, onlara göstəriş verməyə heç ehtiyac yoxdur. Çünki məşqçilərimizin hər biri peşəkardır. Onlar da bir zamanların Avropa və dünya çempionları olublar. Hazırda sərbəst güləş üzrə milli komandanın baş məşqçisi Xetaq Qazyumovdur. Onun da 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Yay Olimpiya Oyunlarına qədər müqaviləsi var. Gələcəkdə hər şey ola bilər. Dəyişikliklər hər zaman gözləniləndir. Mən isə öz növbəmdə güləşimizin inkişafı üçün əlimdən gələni edəcəyəm. Sonuncu dəfə sərbəst güləş üzrə dünya çempionu 2017-ci ildə mən olmuşam. 8 ildir bu nəticəni təkrarlayan yoxdur. Təbii ki, xoş hal deyil. İstedadlı uşaqlarımız var. Ad çəkmək istəmirəm. İnanıram ki, onlar dünya çempionu adına sahib çıxacaqlar".

Qeyd edək ki, Hacı Əliyev ikiqat olimpiya mükafatçısı, üçqat dünya və dördqat Avropa çempionudur.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Güləş
Bu gün, 14:52

Dünya Güləş Birliyi 2027-ci ildən başlayaraq qazandığı hər görüşə görə xal verən yeni reytinq sistemini tətbiq edir

Futbol
Bu gün, 14:47

İmişli U-19 komandası 6 legioner futbolçu ilə gücləndirildi;

Futbol
Bu gün, 14:40

Kivu: "İnter"in "Feyenoord"a qarşı qələbəsi uğurlu oldu, növbəti matçlara köklənirik

Futbol
Bu gün, 14:37

Feйenoord azarkeşləri İnter qarşısında fişəng ataraq stadionun damına ziyan yetirib

Futbol
Bu gün, 14:29

Rəhim Həsənov: Kəpəz-İmişli matçında baş hakimin səhv qərarı

Futbol
Bu gün, 14:16

Elmar Baxşıyev: "Sabah" komandası Norveçdə "Viking"lə qarşılaşmada maneələri dəf etsə, uğurlu nəticə əldə edə bilər

Futbol
Bu gün, 14:07

Arsenal zədələrin azaldılması üçün NASA, Google və Apple ilə əməkdaşlıq edir

Futbol
Bu gün, 14:00

Elnur Cəfərov: "Şəfa"nın "Sumqayıt"a 1:1 hesablı matçını və mübahisəli penalti epizodunu dəyərləndirdi

Futbol
Bu gün, 13:49

Lukas Berqvall "Tottenhem"də qalacağını təsdiqləyib

Gimnastika
Bu gün, 13:44

Nankin-2026: Azərbaycan tamblinqdə ardıcıl üçüncü dünya çempionluğuna və batut gimnastikasında ilk fərdi medala layiq görüləcək?

Futbol
Bu gün, 13:40

Arda Turan italyan VAR hakimlərini sərt tənqid edib

Voleybol
Bu gün, 13:35

Turanın Çempionlar Liqası qarşılaşması üçün biletlər azarkeşlər üçün pulsuz

Qarabağ FK
Bu gün, 13:25

Qarabağ Klubu, Forma Hərfi Cəzaya Cavab İfade Etdi

Futbol
Bu gün, 13:10

Alleqri, “Sabah”la oynadığı Çempionlar Liqasının pley‑offunda 10 xal qazanmaq planlaşdırır

Digər
Bu gün, 13:02

Snuker çempionu Orxan Qubatov: Azərbaycanda bilyardın bütün növlərinin inkişafını arzulayıram

Futbol
Bu gün, 12:45

Rafinya UEFA Çempionlar Liqasında 23 qolla Neymar və Rivaldonu geridə qoyub;

Futbol
Bu gün, 12:39

Azərbaycan Premyer Liqasının XI turu “Zəfər turu” elan edildi

Futbol
Bu gün, 12:39

Fənərbağçanın yeni məşqçisi Emre Belözoğlu Liverpul matçı üçün iştirak qərarını verəcək

Voleybol
Bu gün, 12:28

CEV Çempionlar Liqasında "Maritza Plovdiv"-ı 3:0 hesabı ilə məğlub edən "Turan"ın voleybolçusu qələbəni qiymətləndirdi

Futbol
Bu gün, 12:23

Qalatasarayın 21 yaşlı yarımmüdafiəçisi Aleksey Batrakov Çempionlar Liqasında 4 oyunda 4 qolla Messi və Ronaldodan daha sürətli starta imza atdı

Futbol
Bu gün, 12:20

Tvente 9:0 hesabı ilə Ekselsioru məğlub edərək tarixçə böyük qələbə qazanıb

Futbol
Bu gün, 12:13

Kriştiano Ronaldu Erik ten Hag‑ın sərt tənqidlərinə cavabını verdi

Boks
Bu gün, 12:00

Gülər Hüseynova Azərbaycanın Dakar-2026 YOX boks təmsilçisi oldu

Futbol
Bu gün, 12:00

"Sabah" klubu Norveçdəki fanlarına 300 şərf təqdim edərək xüsusi jest etdi

Oxşar xəbərlər