"Korintians" və Niderland millisinin hücumçusu Memfis Depay Dubayın "Şabab Əl-Əhli" və "Əl-Vasl" klublarının maraq dairəsinə düşüb. Sport24.az xəbər verir ki, bu barədə "Globo" məlumat yayıb.
Mənbənin sözlərinə görə, hər iki klub hücumçu üçün ilkin təkliflərini göndərib. Lakin təklif maliyyə şərtləri Depayın gözləntilərini doğrultmur.
Bir müddət əvvəl mətbuatda hücumçunun qış "transfer pəncərəsi"ndə Braziliya klubundan ayrılacağı barədə xəbərlər yayılmışdı. Onun "Korintians"la hazırkı müqaviləsi 2026-cı ilin dekabr ayına qədərdir.
Qeyd edək ki, 108 matçda 55 qol vuran Depay Niderland millisinin bütün zamanlar üçün ən çox qol vuran oyunçusudur.