top
Meksika mətbuatından biabırçı səhv: Ölmüş futbolçunun adını heyətə saldılar Idman.biz
10 mart 2026, 15:33
- ↺ +

Meksika mətbuatından biabırçı səhv: Ölmüş futbolçunun adını heyətə saldılar

Meksikanın nüfuzlu "El Heraldo de Mexico" qəzeti dünya idman mətbuatında nadir rast gəlinən və böyük təpkiyə səbəb olan ciddi peşəkarlıq səhvinə yol verib.

İdman.Biz xəbər verir ki, nəşr Kriştianu Ronaldunun zədəsi ilə bağlı hazırladığı xəbərdə Portuqaliya millisinin baş məşqçisi Roberto Martinesin hücum xəttini gücləndirmək üçün "Dioqu Jotanı yenidən heyətə cəlb etməyi" düşündüyünü iddia edib.

Bu məlumatın yayılması həm Portuqaliya, həm də dünya futbol ictimaiyyətində şok effekti yaradıb.

Məsələnin skandal tərəfi ondan ibarətdir ki, "Liverpul"un və Portuqaliya millisinin sabiq ulduzu Dioqu Jota artıq həyatda deyil. Xatırladaq ki, 28 yaşlı futbolçu 2025-ci il iyulun 3-də İspaniyanın Samora əyalətində qardaşı Andre Silva ilə birlikdə keçirdiyi ağır avtomobil qəzası nəticəsində faciəvi şəkildə dünyasını dəyişib. Bir il əvvəl bütün futbol dünyasını yasa boğan bu hadisədən bixəbər olan meksikalı jurnalistlərin Jotanı "canlı oyunçu" kimi təqdim etməsi etik normaların kobud şəkildə pozulması kimi qiymətləndirilib.

Qəzetin xəbərinin digər hissəsi – Kriştianu Ronaldunun zədəli olması isə həqiqətdir. "Əl-Nəsr"in hücumçusu fevralın sonunda "Əl-Fayha" ilə oyunda bud nahiyəsindən zədə alıb. Bu səbəbdən onun martın 28-də Mexiko şəhərində Meksika millisinə qarşı keçiriləcək yoldaşlıq görüşündə iştirakı sual altındadır. Hətta Ronaldunun yoxluğu ehtimalına görə sözügedən oyunun bilet qiymətlərində kəskin ucuzlaşma müşahidə olunur.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 04:12

Tenerife klubunun ölən futbolçusunun biryaşlı qızına 18 yaşına qədər maddi dəstək

Futbol
Bu gün, 03:02

Tottenham hakim səhvinə görə rəsmi şikayət verəcək

Futbol
Bu gün, 02:20

Real Madrid səfərdə Valencia'yı 3-0 məğlub edib;

Futbol
Bu gün, 02:00

PSJ Ilya Zabarny qolu ilə 1:0 qalib gəldi və liderliyini qorudu

Formula 1
Bu gün, 01:59

Lando Norris Braziliya Qran-prisinin sıralanma turunu birinci yerə tutdu

Güləş
Bu gün, 01:47

Dünya çempionu Sənan Süleymanov evləndi - VİDEO

Qarabağ FK
Bu gün, 01:29

“Qarabağ”dan ayrılan Abbas Hüseynov “Meat Food” mağazasının sahibi oldu

Futbol
Bu gün, 01:11

Rüfət Dadaşovun son dəqiqə qoluyla Dinamo 1-0 qalib gəldi

Güləş
Bu gün, 00:56

Nihad Süleymanlı gümüş medal qazandığını, finalda bir anlıq səhv etdiyini açıqladı

Futbol
Bu gün, 00:40

“Mançester Yunayted” Premyer Liqada aşağı zona sürükləndi

Güləş
Bu gün, 00:33

Neftçi İdman Klubu Zəfər Gününə həsr etdiyi güləş turnirində 60‑dan çox gənc idmançı yarışdı

Qarabağ FK
Bu gün, 00:01

8 Noyabr – Azərbaycanın Zəfər Günü: Şuşa azadiyyəsi və 44 günlük Vətən müharibəsinin qələbəsi

Futbol
Dünən, 23:40

Zirə 2:1 ilə Qəbələ'yi məğlub etdi – Video

Cüdo
Dünən, 23:29

Bakıda 215 cüdoçu yarışdı: ilk günün qalibləri müəyyənləşdi

Futbol
Dünən, 23:24

Transavia 7C oturacaqlarını Ronaldun adı ilə dəyişdirdi, ləğv etmədi

Futbol
Dünən, 23:09

“Atletiko”da Ademola Lukman üçün təlim kampı

Futbol
Dünən, 23:06

Rüfat Abdullazadə ilə Ironi Kiryat‑Smona Hapoel Haifayı 2‑0 məğlub etdi

Digər
Dünən, 22:54

Dünya Atletikası 2026-ci İlin Ədalətli Oyun Mükafatının Finalçılarını Açıqladı

Futbol
Dünən, 22:39

Rüfət Abdullazadə ilə Kiryat Şmona 2:0 Hapoel Hayfaya qalib gəldi

Qarabağ FK
Dünən, 22:32

“Kəpəz” rəhbərliyi Vətən müharibəsi veteranları ilə Zəfər Günündə görüşüb

Futbol
Dünən, 22:29

Harri Keyn Bundesliqada ilk doqquz matçda 8 assistlə rekord qırdı

Futbol
Dünən, 22:06

"Arsenal" 10-cu turda Hallı 1:0 məğlub etdi, 27 xal topladı – tarixində ikinci dəfə

Futbol
Dünən, 21:44

Rəşad Sadıqov: "Qəbələ" üzərindəki 2:1-lik qələbəni taktiki dəyişikliklərlə əldə etdik

Futbol
Dünən, 21:41

"Zirə" baş məşqçisi Rəşad Sadıqov: "Ümid edirdik ki, ikinci hissədə tam görmək istədiyimiz "Zirə"ni izləyəcəyik"

Oxşar xəbərlər