Türkiyənin "Trabzonspor" klubu Misir yığmasının futbolçusu Məhəmməd Salahı heyətinə qatıb.
Lent.az xəbər verir ki, bu barədə klubun rəsmi sosial şəbəkə hesablarında paylaşım edilib.
Trabzon təmsilçisi hücumçunun transferini video ilə açıqlayıb. Paylaşılan videoda Salah "Bizə hər yer Trabzon" sözlərini deyib. O, yeni klubunda 61 nömrəli forma altında çıxış edəcək.
"Liverpul"un sabiq ulduzu ilə 2 illik müqavilə imzalanacağı gözlənilir.