İngiltərənin “Manchester City” klubunun futbolçusu Rayan Şerki üçün təxmini qiymət müəyyən edilib.
“Report” “CaughtOffside”ə istinadən xəbər verir ki, “şəhərlilər” 23 yaşlı yarımmüdafiəçini 90 milyon avroya satmağa hazırdır.
İspaniyanın “Real” və Fransanın “PSG” komandaları oyunçu ilə maraqlanır. Hər iki klub onun vəziyyətini izləyir və heyətinə qatmaq imkanını nəzərdən keçirir.
Xatırladaq ki, 2025-ci ilin yayından “Manchester City”də çıxış edən Rayan Şerkinin müqaviləsi 2030-cu ilədək qüvvədədir.