top
“Mançester Yunayted”in Karrikin vəzifədə qalmasının əsas səbəbləri ortaya çıxdı Idman.biz
28 oktyabr 2026, 18:41
- ↺ +

“Mançester Yunayted”in Karrikin vəzifədə qalmasının əsas səbəbləri ortaya çıxdı

"Mançester Yunayted"in baş məşqçisi Maykl Karrik uğursuz nəticələrə baxmayaraq, ən azı "Çelsi" ilə Premyer Liqa qarşılaşmasına qədər vəzifəsində qalacaq.

İdman.Biz "The Athletic"ə istinadən xəbər verir ki, İngiltərə klubunun rəhbərliyi "Bornmut"a evdə 0:3 hesablı məğlubiyyətdən sonra 44 saata yaxın davam edən müzakirələrin yekununda 45 yaşlı mütəxəssisi istefaya göndərməmək qərarına gəlib.

Bazar ertəsi klubun həmsahibləri Cim Retkliff, Avram və Coel Qleyzer, baş direktor Omar Berrada və futbol direktoru Ceyson Uilkoks arasında onlayn müşavirə keçirilib. Lakin Karrikin vəzifəsində saxlanılması ona tam etimad göstərilməsi anlamına gəlmir.

Qərarın əsas səbəblərindən biri mümkün əvəzedicilərlə bağlı rəhbərlik daxilində vahid mövqeyin olmamasıdır. Eddi Hau, Yulian Nagelsmann və Antonio Konte namizədlər arasında göstərilir.

Maliyyə məsələləri də mühüm rol oynayıb. Xüsusilə Haunun "Nyukasl"dan ayrılması üçün təzminat ödənilməsi, onun və köməkçisi Ceyson Tindallın yüksək maaş tələbləri nəzərə alınıb. Məlumata görə, klub Erik ten Haq və Ruben Amorimin istefalarına ümumilikdə 30 milyon funt sterlinq xərcləyib.

Karrik isə futbolçular və məşqçilər korpusu ilə ayrıca görüş keçirib. Müsbət qiymətləndirilən toplantının komandanın çıxışına necə təsir göstərəcəyi "Çelsi" ilə qarşılaşmada bəlli olacaq.

Baş məşqçinin qarşısında duran əsas məsələlərdən biri kapitan Brunu Fernandeşin start heyətinə qaytarılmasıdır. Portuqaliyalı futbolçu "Komo" ilə oyundan sonra taktikanı tənqid etdiyi üçün "Bornmut"la görüşdə ehtiyatda saxlanılmışdı.

Klub daxilində yaranmış fikir ayrılıqlarının aradan qaldırılması gözlənilir. Bu halda Fernandeşin "Çelsi" ilə oyuna ilk dəqiqələrdən başlaması mümkündür.

Qeyd edək ki, "Mançester Yunayted" bütün turnirlərdə ardıcıl səkkiz oyundur qələbə qazana bilmir. Komandanı "Çelsi", "Roma" və "Aston Villa" ilə qarşılaşmalar gözləyir. Noyabrda keçiriləcək milli komandaların oyunları ilə əlaqədar fasilə isə rəhbərliyə baş məşqçi məsələsini yenidən qiymətləndirmək imkanı verə bilər.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 11:00

Elvin Yunuszadə: Qışın gedişatı hələ müəyyən edilməmişdir

Digər
Bu gün, 10:55

UFC, Fransa döyüşçüsü Manon Fioro'nu dopinq testi nəticəsində 3 aylıq disqvalifikasiyaya cəlb etdi

Futbol
Bu gün, 10:47

Yuri Vernidub “Neftçi” Futbol Akademiyasının heyəti ilə görüşü

Futbol
Bu gün, 10:40

Alman mütəxəssisi Polşa millisini baş məşqçisi ola bilər

Digər
Bu gün, 10:39

Qazaxda 25 idman növünü əhatə edən idman festivalı keçirildi

Futbol
Bu gün, 10:20

FIFA keçmiş prezidenti Sepp Blatter, Canni İnfantinonun namizədliyini məhdudiyyətə görə qeyri-qanuni sayır

Qarabağ FK
Bu gün, 10:10

“‘Kəpəz’lə ‘Qarabağ’ matçının təyinatları açıqlanıb”

Futbol
Bu gün, 10:10

Mudrik: “Çelsi”yə transferdən əvvəl “Arsenal”da çıxış etmək arzusundaydım

Qarabağ FK
Bu gün, 10:00

Türkiyə klubları “Qarabağ”ın futbolçusu Marko Yankoviçə marağını itirmir

Futbol
Bu gün, 09:53

Sumqayıt – Sabah: Misli Premyer Liqası 12-ci turu

Futbol
Bu gün, 09:40

Tibo Kurtua Real-da 2028-ə qədər qalan müqavilə uzadılıb

Futbol
Bu gün, 09:38

Ever Baneqa 37 yaşında peşəkar futbol karyerasını başa vurdu

Futbol
Bu gün, 09:29

Kostas Tsimikas yayda Liverpuldan ayrılaraq La Liqa klubuna keçə bilər;

Futbol
Bu gün, 09:24

Sabiq Braziliya futbolçusu Gabi Morais narkotik pullarının yuyulmasında həbs edildi

Futbol
Bu gün, 09:20

Alman klubu 60 milyon avro təklifi ilə Inter’in 20 yaşlı müdafiəçisi Finn Yelçin

Futbol
Bu gün, 09:08

Harri Keyn ikinci Qızıl Top üçün hədəfləri: daha çox kubok qazanmaq istəyir

Futbol
Bu gün, 09:00

Sumqayıt Sabah qarşısında Mehdi Huseynzadə arenasında oynayacaq

Futbol
Bu gün, 08:40

Li Kan İn xaricdə 2026-cı ilin ən yaxşı Asiyalı futbolçusu, “Traktor”un qapıçısı Əlirza Beyranvənd isə Asiyanın ən yaxşı futbolçusu seçildi

Futbol
Bu gün, 08:20

İmişli 12-ci turda Zirəni ev stadionunda qəbul edir

Futbol
Bu gün, 08:12

"Barselona" Lisandro Martinezın transferinə maraq göstərmədi: Deku və Flik rədd etdi

Futbol
Bu gün, 08:00

Blekpul klubu doğum günündə baş məşqçi Ian Evatti vəzifəsindən çıxardı

Futbol
Bu gün, 07:11

İnterin müdafiəçi transferi üçün 60 milyon avroluq qiymət tələb olunur

Futbol
Bu gün, 06:13

Real Madrid Chema Andresi geri gətirməyi düşünür

Futbol
Bu gün, 05:07

Poçettino “Old Trafford”da “Country Roads” mahnısını əlamət kimi qəbul etdi

Oxşar xəbərlər