"Mançester Yunayted" "Bornmut"un 22 yaşlı yarımmüdafiəçisi Aleks Skottla maraqlanır.
İdman.Biz bildirir ki, "qırmızı şeytanlar" bu yay heyətdə dəyişiklik etməyi planlaşdırır və "The Sun" qəzetinin məlumatına görə, ingilis futbolçu transfer hədəfi ola bilər.
Skott 2023-cü ilin yayından bəri "albalılar"da çıxış edir. Bu müddət ərzində yarımmüdafiəçi bütün yarışlarda 67 oyunda meydana çıxıb, üç qol vurub və dörd məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2028-ci ilin yayına qədərdir. Transfermarkt-dakı məlumata görə, onun bazar dəyəri 30 milyon avrodur.