Mahir Emrelinin formasını geyindiyi "Kayzerslautern"Almaniya 2-ci Bundesliqasında ilk qələbəsini qazanıb. Sport24.az xəbər verir ki, onun komandası 2-ci turda "Şalke"ni məğlub edib.
Qarşılaşmanın taleyini 1 qol həll edib. Start heyətində yer alan Mahir 72-ci dəqiqədə əvəzlənib.
Qeyd edək ki, ilk turda eyni hesabda uduzan Emrelinin komandası 2 turdan sona 3 xalla 11-cidir. "Qırmızı iblislər" növbəti turda "Elversberq"in qonağı olacaqlar.