"Hələlik müqavilə ilə bağlı nəsə deyə bilmərəm".
İdman.biz xəbər verir ki, bunu "Qarabağ"ın qapıçısı Andrey Lunyov deyib.
Rusiyalı qolkiper növbəti mövsümdə "Qarabağ"da qalıb-qalmayacağı barədə yekun qərar vermədiyini bildirib. O, hazırda qazanılan Azərbaycan kubokunu dadını çıxaracağını deyib: "Hazırda qələbənin sevincini yaşayıram. Gələcək barəsində düşünmək üçün zamana ehtiyacım var".
Qeyd edək ki, Lunyov "Qarabağ"la yeni müqavilə imzalamayıb.
Banuçiçək Hüseynli
İdman.biz