"Pari Sen-Jermen"in baş məşqçisi Luis Enrike FIFA-nın 2025-ci il üçün "İlin məşqçisi" mükafatına layiq görülüb.
İdman.Biz xəbər verir ki, ispaniyalı mütəxəssislə yanaşı, mükafata namizədlər arasında Hans-Diter Flik (Barselona), Entso Mareska (Çelsi), Mikel Arteta (Arsenal), Arne Slot (Liverpul), Roberto Martines (Portuqaliya) və Xavyer Agirre (Meksika) da olub.
Ötən mövsüm Enrikenin rəhbərliyi altında PSJ Çempionlar Liqasını, Fransa liqasını, Fransa Kubokunu və Fransa Superkubokunu qazanıb.
Fransa nəhəngi həmçinin Klublararası Dünya Kubokunun finalına vəsiqə qazanıb və UEFA Superkubokunu qazanıb.