PSJ-nin baş məşqçisi Luis Enrike "Barselona"nın yarımmüdafiəçisi Qavini komandasının heyətində görmək istəyir.
İdman.Biz "El Nacional"a istinadən xəbər verir ki, Paris təmsilçisi ötən yay Ferran Torresi transfer etdikdən sonra Kataloniya klubunun daha bir futbolçusuna maraq göstərir.
Enrike Qavinin imkanlarına İspaniya millisində birlikdə çalışdıqları dövrdən yaxşı bələddir. Mütəxəssis daha əvvəl də yarımmüdafiəçinin PSJ-yə transferi variantını nəzərdən keçirib.
Mənbənin məlumatına görə, Qavi Enrikenin rəhbərliyi altında əsas heyətdə yer qazanmaq və yenidən sabit oyun formasına qayıtmaq imkanı əldə edə bilər.
İspaniyalı futbolçu cari mövsümdə bütün turnirlərdə yeddi qarşılaşmada iştirak edib. Onun "Barselona" ilə müqaviləsi 2030-cu ilin yayına qədər qüvvədədir.
"Transfermarkt" portalı Qavinin bazar dəyərini 25 milyon avro (42,5 milyon manat) qiymətləndirir.