UEFA Litva Futbol Federasiyasına (LFF) xəbərdarlıq edib.
"Report"un məlumatına görə, buna Litva millisinin Bakıda Azərbaycan yığmasına qarşı keçirdiyi UEFA Millətlər Liqası matçı ərəfəsində geyim qaydalarını pozması səbəb olub.
Komandanın qarşılaşmadan əvvəl məşq jiletində ("nakidka") sponsorlardan birinin reklamı yerləşdirilib. LFF buna görə Avropa futbol qurumundan xəbərdarlıq alıb.
Qeyd edək ki, Bayıl stadionunda gerçəkləşən matç qonaqların 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.