top
Liqa 1: Nitsa son dəqiqələrdə məğlubiyyətdən xilas oldu Idman.biz
27 aprel 2026, 01:15
- ↺ +

Liqa 1: "Nitsa" son dəqiqələrdə məğlubiyyətdən xilas oldu

Fransa Liqa 1-in 31-ci turunda "Marsel" öz meydanında "Nitsa"nı qəbul edib. Qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb.

İdman.Biz xəbər verir ki, oyunun birinci hissəsində tərəflərin cəhdlərinə baxmayaraq, hesab açılmayıb. Görüşdə sükut 66-cı dəqiqədə pozulub. Meydan sahiblərinin yarımmüdafiəçisi Pyer-Emil Höybyerq qolla "Marsel"i önə keçirib. Lakin provanslılar üstünlüklərini sona qədər qoruya bilməyiblər. 88-ci dəqiqədə təyin olunan penalti zərbəsini dəqiq yerinə yetirən Elie Vai qonaqları məğlubiyyətdən xilas edib.

Bu nəticədən sonra xallarını 53-ə çatdıran "Marsel" turnir cədvəlində altıncı pillədə qərarlaşıb. Aktivində 30 xalı olan "Nitsa" isə 15-ci yerdədir.

23:22

Fransa Liqa 1-in 31-ci turunda "Havr" öz meydanında "Mets"i qonaq edib. Qarşılaşma 4:4 hesablı heç-heçə ilə başa çatıb.

İdman.Biz xəbər verir ki, meydan sahibləri oyuna fəal başlayaraq beşinci dəqiqədə Mbvana Samatta ilə hesabı açıblar. Doqquzuncu dəqiqədə Georgi Kvilitaia tarazlığı bərpa etsə də, 13-cü dəqiqədə Yasin Kehta "Qavr"ı yenidən önə keçirib. Fasiləyə az qalmış Qotye En hesabı 2:2 edib.

İkinci hissənin əvvəlində Yanis Zuaui penaltini dəqiq yerinə yetirərək meydan sahiblərini üçüncü dəfə üstün edib, lakin Dzayann Pandor dərhal cavab verib. 60-cı dəqiqədə Fode Dukur "Havr"ın dördüncü qolunu vursa da, son nöqtəni dubl edən Qotye En qoyub.

Hazırda "Havr" 31 xalla 14-cü, "Mets" isə 16 xalla 18-ci pillədə qərarlaşıb.

Paralel keçən oyunda "Renn" öz meydanında "Nant"ı qəbul edib. Meydan sahibləri bu görüşdən 2:1 hesablı qələbə ilə ayrılıblar.

Səkkizinci dəqiqədə Esteban Leopol penaltini dəqiq yerinə yetirərək hesabı açıb. "Nant" fasiləyə az qalmış İqnatius Qanaqo ilə bərabərliyi təmin etsə də, xalı qoruya bilməyib. 90-cı dəqiqədə Valantin Ronjye "Renn"ə üç xal qazandıran qola imza atıb.

Bu qələbədən sonra "Renn" 56 xalla beşinci pilləyə yüksəlib. 20 xalı olan "Nant" isə 17-ci yerdədir və elitada qalmaq şanslarını minimuma endirib.

Digər oyunda "Paris" öz meydanında "Lill" ilə qarşılaşıb. Qonaqlar minimal hesablı qələbə qazanaraq evə üç xalla dönüblər – 1:0.

Matçın taleyini həll edən yeganə qol 26-cı dəqiqədə vurulub. Matias Fernandes penalti zərbəsindən yararlanaraq komandasını önə keçirib.

Bu qələbə ilə "Lill" xallarını 57-yə çatdıraraq dördüncü pilləyə qalxıb. 38 xalı olan paytaxt klubu isə 12-ci sırada qərarlaşıb.

19:30

Fransa Liqa 1-in 31-ci turunda Fransanın "Strasbur" futbol komandası səfərdə "Loryan"ın qonağı olub. Gərgin keçən qarşılaşma qonaqların 3:2 hesablı əzmkar qələbəsi ilə başa çatıb.

İdman.Biz xəbər verir ki, meydan sahibləri oyuna daha yaxşı başlayaraq 26-cı dəqiqədə Noa Kadiu ilə hesabı açıblar. İkinci hissənin əvvəlində, 54-cü dəqiqədə Pablo Pajis fərqi iki topa çatdırıb. Lakin "Strasbur" təslim olmayaraq 62-ci dəqiqədə Sebastian Nanasinin qolu ilə ümidlənib.

Oyunun son hissəsində təzyiqi artıran qonaqlar Nataniel Acenin avtoqolu sayəsində tarazlığı bərpa ediblər. Matçın əlavə vaxtında isə Endryu Omobamidele "Strasbur"a qələbə gətirən qola imza atıb.

Bu nəticədən sonra xallarının sayını 46-ya çatdıran "Strasbur" turnir cədvəlində səkkizinci pillədə qərarlaşıb. 41 xalı olan "Loryan" isə doqquzuncu yerdədir.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
12 oktyabr 2026, 11:51

“Sabah” və “Slaviya” qarşılaşması üçün 51 minə yaxın bilet satılıb – KLUBDAN İDMAN.BİZ-ə açıqlama

Futbol
12 oktyabr 2026, 11:07

Harri Keyn “Bavariya” ilə 2030-cu ilin yayınadək müqaviləsini uzada bilər

Qarabağ FK
12 oktyabr 2026, 10:00

VII tur: 12 qol, Sumqayıtın möhtəşəm qalibiyyəti və turnirin digər əsas nəticələri

Futbol
12 oktyabr 2026, 09:44

“Real Madrid”ın hücumçusu Vinicius Junior sevgilisindən ayrıldı

Futbol
12 oktyabr 2026, 06:47

Spalletti: “Yuventus” qələbəni öz təşəbbüsü ilə əldə etməlidir

Futbol
12 oktyabr 2026, 04:40

“Aston Villa” Endricki icarəyə götürməyi planlaşdırır

Futbol
12 oktyabr 2026, 01:30

Nihat Kahveci, Türkiyə milli komandasının yeni baş məşqçisi olaraq Fatih Tekkeyi təklif etdi

Futbol
11 oktyabr 2026, 23:58

Ramil Şeydayev Soçi–Ufa matçında qalibiyyətdə iştirak etdi

Futbol
11 oktyabr 2026, 22:55

Arda Turan Türkiyə milli komandası üzrə məşqçilik təklifini rədd etdi

Futbol
11 oktyabr 2026, 22:55

Turan Tovuz, Şəfaya 0:1 qalib gəldi - Video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 22:30

Əvəzedicilər Liqası: “Qarabağ‑2” və “Sumqayıt‑2” qalib gəldi

Qarabağ FK
11 oktyabr 2026, 22:25

İmişli – Qarabağ (0:2) matçının video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 21:49

Qurban Qurbanov: “Qələbəmiz önəmlidir, amma hələ də komandamızda bəzi çatışmazlıqlar mövcuddur”

Futbol
11 oktyabr 2026, 21:26

Manchester City 3-0 Liverpool, Crystal Palace 3-1 Nottingham Forest – nəticələr + video

Qarabağ FK
11 oktyabr 2026, 17:36

Kamilo Duran “Seltik”in 2:0 qələbəsində qol vurdu – VİDEO

Qarabağ FK
11 oktyabr 2026, 13:24

Avstriyalı hakim Sebastian Qishamerin doğum günündə “Sabah” – “Slaviya” oyununu idarə edəcək

Futbol
11 oktyabr 2026, 11:20

“Sabah” müdafiəçisi Puxaç Levandovskiyi görkəmli natiq hesab etmir

Qarabağ FK
11 oktyabr 2026, 10:37

Duran, “Qarabağ”dan “Seltik”ə keçidinin Kolumbiya millisində dəvətə əsas faktor olduğunu bildirib

Futbol
11 oktyabr 2026, 10:19

Şəfa və Turan Tovuz Misli Premyer Liqasının 7-ci turunda ilk dəfə qarşılaşacaq

Qarabağ FK
11 oktyabr 2026, 09:31

“İmişli” “Qarabağa” qarşı: İlk qolmu, dördüncü məğlubiyyətmi?

Futbol
11 oktyabr 2026, 09:19

Messi Inter Miami-də 934-cü qolunu vurdu, 1000-ə 66 top qaldı

Cüdo
11 oktyabr 2026, 01:49

Rəşad Nəbiyev dünya çempionatında rekord 7 medal qazanmış cüdoçularımızı təbrik etdi

Futbol
11 oktyabr 2026, 01:04

Real Madrid Vilyarrealı 1-0 məğlub etdi, Vinicius qırmızı kart gördü; Barcelona 3-0 Xetafe

Futbol
11 oktyabr 2026, 00:12

Filipe Kandido: 4-1 qələbə ilə Qəbələyə tam haqq etdik

Oxşar xəbərlər