top
Liqa 1: Havr - Mets matçında 4:4 hesabı və digər oyunların nəticələri Idman.biz
26 aprel 2026, 23:22
- ↺ +

Liqa 1: "Havr" - "Mets" matçında 4:4 hesabı və digər oyunların nəticələri

Fransa Liqa 1-in 31-ci turunda "Havr" öz meydanında "Mets"i qonaq edib. Qarşılaşma 4:4 hesablı heç-heçə ilə başa çatıb.

İdman.Biz xəbər verir ki, meydan sahibləri oyuna fəal başlayaraq beşinci dəqiqədə Mbvana Samatta ilə hesabı açıblar. Doqquzuncu dəqiqədə Georgi Kvilitaia tarazlığı bərpa etsə də, 13-cü dəqiqədə Yasin Kehta "Qavr"ı yenidən önə keçirib. Fasiləyə az qalmış Qotye En hesabı 2:2 edib.

İkinci hissənin əvvəlində Yanis Zuaui penaltini dəqiq yerinə yetirərək meydan sahiblərini üçüncü dəfə üstün edib, lakin Dzayann Pandor dərhal cavab verib. 60-cı dəqiqədə Fode Dukur "Havr"ın dördüncü qolunu vursa da, son nöqtəni dubl edən Qotye En qoyub.

Hazırda "Havr" 31 xalla 14-cü, "Mets" isə 16 xalla 18-ci pillədə qərarlaşıb.

Paralel keçən oyunda "Renn" öz meydanında "Nant"ı qəbul edib. Meydan sahibləri bu görüşdən 2:1 hesablı qələbə ilə ayrılıblar.

Səkkizinci dəqiqədə Esteban Leopol penaltini dəqiq yerinə yetirərək hesabı açıb. "Nant" fasiləyə az qalmış İqnatius Qanaqo ilə bərabərliyi təmin etsə də, xalı qoruya bilməyib. 90-cı dəqiqədə Valantin Ronjye "Renn"ə üç xal qazandıran qola imza atıb.

Bu qələbədən sonra "Renn" 56 xalla beşinci pilləyə yüksəlib. 20 xalı olan "Nant" isə 17-ci yerdədir və elitada qalmaq şanslarını minimuma endirib.

Digər oyunda "Paris" öz meydanında "Lill" ilə qarşılaşıb. Qonaqlar minimal hesablı qələbə qazanaraq evə üç xalla dönüblər – 1:0.

Matçın taleyini həll edən yeganə qol 26-cı dəqiqədə vurulub. Matias Fernandes penalti zərbəsindən yararlanaraq komandasını önə keçirib.

Bu qələbə ilə "Lill" xallarını 57-yə çatdıraraq dördüncü pilləyə qalxıb. 38 xalı olan paytaxt klubu isə 12-ci sırada qərarlaşıb.

19:30

Fransa Liqa 1-in 31-ci turunda Fransanın "Strasbur" futbol komandası səfərdə "Loryan"ın qonağı olub. Gərgin keçən qarşılaşma qonaqların 3:2 hesablı əzmkar qələbəsi ilə başa çatıb.

İdman.Biz xəbər verir ki, meydan sahibləri oyuna daha yaxşı başlayaraq 26-cı dəqiqədə Noa Kadiu ilə hesabı açıblar. İkinci hissənin əvvəlində, 54-cü dəqiqədə Pablo Pajis fərqi iki topa çatdırıb. Lakin "Strasbur" təslim olmayaraq 62-ci dəqiqədə Sebastian Nanasinin qolu ilə ümidlənib.

Oyunun son hissəsində təzyiqi artıran qonaqlar Nataniel Acenin avtoqolu sayəsində tarazlığı bərpa ediblər. Matçın əlavə vaxtında isə Endryu Omobamidele "Strasbur"a qələbə gətirən qola imza atıb.

Bu nəticədən sonra xallarının sayını 46-ya çatdıran "Strasbur" turnir cədvəlində səkkizinci pillədə qərarlaşıb. 41 xalı olan "Loryan" isə doqquzuncu yerdədir.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 08:20

ÇL: Qalatasarayın futbolçusu “həftənin oyunçusu” namizədi

Futbol
Bu gün, 08:06

“Nyukasl” klubunun futbolçuları baş məşqçinin taktik tələblərini anlamırlar

Futbol
Bu gün, 08:00

Kostanayda Tobolun oyunçusuna silahlı hücum

Futbol
Bu gün, 07:14

"Aston Villa" Unai Emery-ə yeni müqavilə təklif edir

Futbol
Bu gün, 06:13

Nikolas Pas Çempionlar Liqasının ən məhsuldar futbolçusu oldu

Futbol
Bu gün, 05:11

Erlinq Holand UEFA Çempionlar Liqasında 62-ci qolunu vurdu, Raulun rekorduna yaxınlaşır

Futbol
Bu gün, 04:12

"Komo" Çempionlar Liqasının səfər oyununda 55 illik rekordunu təkrarladı

Futbol
Bu gün, 02:51

UEFA Çempionlar Liqası 2026/27 dördüncü turda PSJ lider, “Sabah” 31-ci yerdə

Futbol
Bu gün, 01:56

ÇL: “Sabah” Norveçdə 4-1 məğlub oldu

Futbol
Bu gün, 01:54

Fənərbağça, Çempionlar Liqasında 18 illik geridönüş məğlubiyyətini sona erdi

Futbol
Bu gün, 01:37

Real Madrid məşqçisi Mourinyo: 'Valverde'dən qapıya zərbə vurmasını istəmədim'

Basketbol
Bu gün, 01:29

Neftçi basketbolu: Müsibət məğlubiyyətdə də güclü xarakterimiz var

Futbol
Bu gün, 01:14

Kilian Mbappe UEFA Çempionlar Liqasında 74-cü qolunu vurdu

Futbol
Bu gün, 00:51

“Yuventus” “Mançester Yunayted”in sloveniyalı forvardı Benjamin Şeşkodur transfer etmək istəyir

Futbol
Bu gün, 00:41

Velko Simic’in sakatlanması ‘Sabah’ın heyətində itki yaradır

Futbol
Bu gün, 00:32

“Barselona” Rafinya Diası ilə 2030-cu il iyun 30-dək müqavilə imzaladı

Futbol
Dünən, 23:51

Romero, Atletico'nun Barcelona qarşısında oynayacaq qarşılaşmada zərbə səbəbindən iştirak etməyəcək

Futbol
Dünən, 23:40

Denis Zakaria, Monako kapitanı, dünyanın ən yaxşı futbolçusunu Lamin Yamal olaraq təyin etdi

Futbol
Dünən, 23:25

Arsenal’a transfer olacağı planlaşdırılan gürcü futbolçu ciddi zədə aldı

Futbol
Dünən, 23:24

Ansu Fati 2026-cı il zədəsi ilə sahədə olmayacaq

Futbol
Dünən, 22:54

Vinicius Junior Çempionlar Liqası oyunundan əvvəl dəhşətli xatirə anında göz yaşı süzdü

Futbol
Dünən, 22:48

Vikinq və Sabah komandalarının UEFA Çempionlar Liqası IV turu üçün start heyətləri;

Futbol
Dünən, 22:43

Fransa polisi Qızıl top mərcində şübhə araşdırır

Futbol
Dünən, 22:17

Braziliyada futbol yarımfinalında 53 qırmızı vərəqə ilə kütləvi dava başladı

Oxşar xəbərlər