Frenk Lempardın çalışdıra biləcəyi klub müəyyənləşib.
İdman.biz xəbər verir ki, ingiltərəli mütəxəssis "Bernli"ni çalışdırmağa namizəddir.
Klub rəhbərliyi Vensan Kompaninin gedişindən sonra 45 yaşlı mütəxəssisi bu vəzifəyə gətirməyi planlaşdırır. Belçikalının yaxın günlərdə "Bavariya"nın "sükanı arxası"na keçəcəyi gözlənilir.
Qeyd edək ki, Lempard "Çelsi"dən ayrıldığı 2023-cü ilin yayından işsizdir.
İdman.biz