Futbol üzrə Azərbaycan yığması bu gün növbəti yoxlama matçına çıxacaq. Sport24.az xəbər verir ki, Fernando Santuşun baş məşqçisi olduğu komanda Riqada Latviya ilə qarşılaşacaq.
Bakı vaxtı ilə saat 17:00-da başlayacaq oyunda ədaləti maltalı Farruca Kan Trastin qoruyacaq.
Qeyd edək ki, Azərbaycan millisi iyununda 10-da Bakıda Macarıstan komandası ilə də yoxlama oyunu keçirəcək. Bu, millimizin DÇ-2026 üçün son hazırlıq görüşü olacaq. Azərbaycan millisi bu il keçirdiyi əvvəlki yoxlama matçlarının hər ikisində - Haiti (0:3) və Belarusla (0:2) görüşlərdə meydanı məğlub tərk edib.
Beynəlxalq yoxlama oyunu
17:00. Latviya - Azərbaycan 0:0 (Birinci hissə)
Baş hakim: Farruca Kan Trastin (Malta)
Riqa. "Skonto" stadionu.
Azərbaycan: 23. Rza Cəfərov, 17. Toral Bayramov, 4. Bəhlul Mustafazadə, 14. Elvin Bədəlov, 5. Rəhman Daşdəmirov, 3. Elvin Cəfərquliyev, 6. Səbuhi Abdullazadə, 8. Emin Mahmudov (k), 16. Ceyhun Nuriyev, 10. Mahir Emreli, 19. Nəriman Axundzadə