David Alaba bu yayda "Real"ı tərk etmək istəmir.
İdman.biz xəbər verir ki, Madrid klubu futbolçu ilə 2026-cı ilin yayında bitəcək müqaviləni artırmaq niyyətində deyil.
Avstriyalı müdafiəçinin 10,5 milyon avroluq maaşı "Real"ın onunla yollarını ayırmasını gündəmə gətirib. Amma Alaba komandada qalıb, əsas heyətdə möhkəmlənmək arzusundadır.
Qeyd edək ki, 2021-ci ildən Madrid təmsilçisinə keçən David son iki mövsümdə zədələrdən əziyyət çəkib. Məhz bu səbəbdən 33 yaşlı futbolçu komandadakı mövqeyini itirib.
İdman.biz