"Çelsi"nin fransalı yarımmüdafiəçisi Lesli Uqoçukvu karyerasını "Bernli"də davam etdirəcək. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Tərəflər arasında 5 illik müqavilə imzalanıb.
Tanınmış insayder Fabrisio Romanonun sözlərinə görə, bu transfer "Bernli"yə 29 milyon avroya başa gəlib.
Qeyd edək ki, futbolçu ötən mövsüm "Sauthempton"da icarə əsasında çıxış edib. O, 31 oyunda bütün turnirlərdə 3 qol vurub və 3 məhsuldar ötürmə edib.