Timoti Vea "Yuventus"la yollarını ayırıb.
İdman.biz xəbər verir ki, o, karyerasını "Marsel"də davam etdirəcək.
Fransa klubunun mətbuat xidmətindən açıqlamaya görə, 25 yaşlı futbolçu 2025/2026 mövsümünün sonuna kimi icarəyə götürülüb. Razılaşmaya görə, "Marsel" 17 milyon avro qarşılığında Veanı transfer etmək hüququ var.
Qeyd edək ki, amerikalı forvard 2023-cü ildən Turin klubunda oynayıb. O, iki mövsüm ərzində 78 oyunda 7 qol vurub və 7 ötürmə verib.
İdman.biz