"Barselona"nın qapıçısı Mark-Andre ter Ştegen klub rəhbərliyinin tələbi ilə kapitan sarğısını itirəcək. Sport24.az xəbər verir ki, bu barədə "3Cat" portalı məlumat yayıb.
Mənbənin sözlərinə görə, rəhbərlik baş məşqçi Hans-Diter Flikə 33 yaşlı almaniyalıya qarşı intizam tədbiri olaraq yeni kapitan təyin olunması ilə bağlı tapşırıq verilib.
Qapıçı La Liqanın həkim komissiyası üçün zədə hesabatını imzalamaqdan imtina edib. Bu səbəbdən Kataloniya təmsilçisi yeni gələn oyunçuları qeydiyyatdan keçirə bilməyib.
Qeyd edək ki. Ter Ştegen 2014-cü ildən "Barselona"da çıxış edir. Futbolçunun hazırkı müqaviləsi 2028-ci ilə qədərdir. O, 2024/25 mövsümündə bütün turnirlərdə 9 oyun keçirib, 11 qol buraxıb. və 1 qapını matçda isə qapısının toxunulmazlığını təmin edib.