İspaniya La Liqasının 11-ci turunda bütün oyunlar dəmir yolu qəzasında həlak olanların xatirəsinə bir dəqiqəlik sükutla başlayacaq. Sport24.az xəbər verir ki, bu haqda qurumun saytı məlumat yayıb.
Ölkədə baş verən qatar qəzası nəticəsində azı 69 nəfər ölüb, 100-dən çox insan yaralanıb. İspaniyada üç günlük milli matəm elan edilib.
Bildirilib ki, faciə səbəbindən dünyasını dəyişənləri yad etmək məqsədi ilə həm La Liqanın, həm də Sequndanın oyunları 1 dəqiqəlik sükutla başlayacaq.
Qeyd edək ki, faciəyə görə İspaniya Kral Kubokunun çərşənbə günü keçirilməli olan 24 oyunu da təxirə salınıb.