top
La Liqa: Vilyarreal, Osasuna, Elçe qələbələri və Real Sosyedadın heç-heçəsi - YENİLƏNİB + VİDEO Idman.biz
27 aprel 2026, 01:06
- +

La Liqa: "Vilyarreal", "Osasuna", "Elçe" qələbələri və "Real Sosyedad"ın heç-heçəsi - YENİLƏNİB + VİDEO

İspaniya La Liqasında çempionluq uğrunda mübarizə aparan "Vilyarreal" futbol komandası 32-ci turda öz meydanında "Selta"nı qəbul edib. qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

İdman.Biz xəbər verir ki, oyuna sürətli başlayan meydan sahibləri artıq ikinci dəqiqədə Jerar Morenonun penalti zərbəsi ilə hesabı açıb. 29-cu dəqiqədə isə Nikola Pepe fərqi iki topa çatdırıb. Qonaqlar bu qollardan yalnız birinin əvəzini çıxa biliblər. 73-cü dəqiqədə Borxa İqlesias penaltidən fərqlənərək matçda son nöqtəni qoyub.

Bu qələbədən sonra xallarının sayını 65-ə çatdıran "Vilyarreal" turnir cədvəlində üçüncü pillədə qərarlaşıb. Aktivində 44 xalı olan "Selta" isə yeddinci yerdədir.

Qeyd edək ki, növbəti turda "Vilyarreal" mayın ikisində "Levante"ni qəbul edəcək. Viqo təmsilçisi isə bir gün sonra "Elçe" ilə üz-üzə gələcək.

23:37

İspaniya La Liqasında "Osasuna" futbol komandası 32-ci turda "Sevilya"nı qəbul edib. Meydan sahibləri geriyə düşdükləri oyunda 2:1 hesablı iradəli qələbə qazanıblar.

İdman.Biz xəbər verir ki, qarşılaşmanın birinci hissəsində hesab açılmayıb. Qonaqlar 69-cu dəqiqədə Nil Mopenin vurduğu qolla önə keçsələr də, üstünlüklərini qoruya bilməyiblər. "Osasuna"nın heyətində 80-ci dəqiqədə Raul Qarsiya tarazlığı bərpa edib. Meydan sahiblərinə üç xalı gətirən qolu isə hakim tərəfindən əlavə olunmuş vaxtda Alexandro Katena rəqib qapısından keçirib.

Bu qələbədən sonra "Osasuna" xallarını 42-yə çatdıraraq turnir cədvəlində doqquzuncu pilləyə yüksəlib. Aktivində 34 xalı olan "Sevilya" isə 18-ci pillədə, yəni düşmə zonasında qərarlaşıb.

20:41

İspaniya La Liqasında "Elçe" futbol komandası səfərdə "Ovyedo"nun qonağı olub. 32-ci turun qarşılaşması qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

İdman.Biz xəbər verir ki, "Elçe" oyuna sürətli başlayıb və altıncı dəqiqədə Pedro Biqasla hesabı açıb. Cəmi 10 dəqiqə sonra Qonsalo Vilyar del Frayle komandasının ikinci qoluna imza ataraq üstünlüyü ikiqat artırıb. Meydan sahibləri bu qollara yalnız 76-cı dəqiqədə İlyas Şairlə cavab verə bilsələr də, bu, xal qazanmaq üçün kifayət etməyib.

Bu nəticədən sonra "Elçe" xallarının sayını 38-ə çatdıraraq turnir cədvəlində 13-cü pilləyə yüksəlib. Aktivində 28 xalı olan "Ovyedo" isə sonuncu - 20-ci pillədə qərarlaşıb.

18:22

İspaniya La Liqasında "Real Sosyedad" futbol komandası səfərdə "Rayo Valyekano"nun qonağı olub. "Valyekas" stadionunda baş tutan 32-ci turun oyunu 3:3 hesablı heç-heçə ilə yekunlaşıb.

İdman.Biz xəbər verir ki, matçda hesabı 22-ci dəqiqədə Mikel Oyarzabal açıb. Meydan sahibləri 30-cu dəqiqədə Serxio Kamelyo ilə tarazlığı bərpa etsələr də, 63-cü dəqiqədə Orri Oskarsson qonaqları yenidən önə keçirib. 76-cı dəqiqədə Mikel Oyarzabal penaltini dəqiq yerinə yetirərək dublunu rəsmiləşdirib.

Oyunun sonu meydan sahiblərinin geri dönüşü ilə yadda qalıb. 84-cü dəqiqədə Floriyan Lejen fərqi azaldıb, 90+9-cu dəqiqədə isə Aleşandre Juravski bərabərlik qolunu vurub. Matçın 90+12-ci dəqiqəsində İsi Palason qırmızı vərəqə alaraq meydandan qovulub.

Hazırda "Real Sosyedad" 43 xalla səkkizinci, "Rayo Valyekano" isə 39 xalla 11-ci pillədə qərarlaşıb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Qarabağ FK
Bu gün, 11:39

Mateuş Koxalski, Azərbaycan liqasını “ekzotik liqa” adlandıraraq Avropada karyerasına davam etmək istədiyini bildirdi

Futbol
Bu gün, 10:14

“Araz‑Naxçıvan”ın yeni prezidenti: “Nəticə olmadan komanda düz getmir”

Futbol
Bu gün, 04:47

İngiltərə millisinin beş futbolçusu zədələr səbəbindən düşərgəni tərk etdi

Futbol
Dünən, 23:39

“Liverpool” Barcelona müdafiəçisini birdəfəlik transfer etmək istəyir

Futbol
Dünən, 23:24

Markizionun 17 yaşlı oğlu Davide Markizio “Yuventus”da 2028-ci ilə qədər peşəkar müqavilə imzaladı

Futbol
Dünən, 20:27

“Turan Tovuz” – “Fənərbağça” matçının başlama saatı 20:00, oktyabrın 3-də müəyyən edildi

Voleybol
Dünən, 19:58

U-18 çimərlik voleybol komandaları Avropa çempionatında iştirak etdi

Futbol
Dünən, 18:29

İspaniya milli futbol komandası baş məşqçisi Luis de la Fuente ilə müqavilə uzadıldı

Futbol
Dünən, 18:17

Manchester United beş oyunda Premyer Liqada rekord dərəcədə az xal topladı

Futbol
Dünən, 16:52

Neftçi futbolçusu Sessi D'Almeyda Benin millisinə dəvət olundu, Argentina ilə dostluq matçı keçiriləcək

Basketbol
Dünən, 16:31

Sumqayıt basketbol klubunun yeni baş məşqçisi Uğur Özdemir təyin edildi

Basketbol
Dünən, 16:02

“Neftçi” basketbol klubu Monteneqro hücumçusu Miliç Starovlah ilə müqavilə imzaladı

Futbol
Dünən, 15:48

“Araz-Naxçıvan” klubunun baş məşqçisi Zaur İsmayılov və məşqçi Cavid Hüseynovla yollarını ayırdı

Futbol
Dünən, 15:15

“Sumqayıt”ın iki futbolçusu milli komandalarına dəvət alıb

Cüdo
Dünən, 11:34

Nazim Umbayev Bakıda keçiriləcək cüdo dünya çempionatının hakimi seçildi

Futbol
Dünən, 11:16

Qadınlar Super Liqası 2026/2027 püşkatması: ilk tur cütlükləri və oyun tarixləri açıqlanıb

Boks
Dünən, 11:09

Avropa çempionatının 1/4 finalında Azərbaycan üç boksçusunun rəqibləri müəyyənləşdi

Basketbol
Dünən, 10:44

“Sumqayıt” basketbol komandası iki ABŞlı oyunçunu rəsmi olaraq transfer etdi

Qarabağ FK
Dünən, 10:26

“Neftçi” 1000-ci oyununu Qəbələyə 3:0 qalib gələrək 550-ci qələbəsi ilə qeyd etdi

Futbol
Dünən, 03:37

“Bavariya” prezidenti: “Lamin Yamal yaxşıdır, amma Harri Keyn Ballon d'Or-ə layiqdir”

Futbol
Dünən, 02:40

Barselona 18 yaşlı Alman futbolçu Lennart Karlı izləyir – qiyməti 100 milyon avro

Futbol
Dünən, 01:32

Zamiq Əliyev “Eqnatiya”nın 2:1 qələbəsində mühüm rol oynadı

Futbol
20 sentyabr 2026, 22:21

“Kəpəz”in baş məşqçisi: “Qalibiyyət üçün son nöqtəni qoymaqda çətinlik var, hələ də işlənməsi lazım olan məqamlar mövcuddur”

Futbol
20 sentyabr 2026, 22:13

Sumqayıt baş məşqçisi Kəpəzlə oyunda tribundan gələn səs-küyü “futbola qarşı hörmətsizlik” adlandırdı

Oxşar xəbərlər