İngiltərə millisinin futbolçusu Körtis Cons klubunu dəyişə bilər.
"Report" "TEAMTalk"a istinadən xəbər verir ki, "Nyukasl", "Tottenhem" və "Aston Villa" 25 yaşlı yarımmüdafiəçi ilə maraqlanır.
Oyunçunun "Liverpul"la müqaviləsinin müddəti 2027-ci ilin yayınadək qüvvədədir.
Mersisayd təmsilçisi yeni sözləşməyə ilə bağlı yığma üzvü ilə danışıqlara başlamayıb.
Qeyd edək ki, Körtis Cons cari mövsüm 30 oyunda 1 məhsuldar ötürmə ilə yadda qalıb.