Bu gün "Araz-Naxçıvan" UEFA Konfrans Liqasında növbəti oyununa çıxacaq.
İdman.biz xəbər verir ki, Premyer Liqanın bürünc medalçısı III təsnifat mərhələsinin ilk qarşılaşmasında Kipr "Omoniya"sının qonağı olacaq.
Konfrans Liqasının II təsnifat mərhələsində Yunanıstan "Aris"ini mübarizədən kənarlaşdıran "Araz-Naxçıvan" eyni uğuru təkrarlamağa çalışacaq. Elmar Baxşıyevin baş məşqçi olduğu komanda bunun üçün evdə qələbə qazanıb, səfərə rahat yollamağı planlaşdırır.
UEFA Konfrans Liqası
III təsnifat mərhələsi, ilk oyun
7 avqust
20:00. "Araz-Naxçıvan" (Azərbaycan) - "Omoniya" (Kipr) - 0:2
Qollar: Laizos Laizu, 13; 23
Baş hakim: Andrjey Berka (Çexiya)
"Araz-Naxçıvan": 12. Kristian Avram, 77. Bruno Aleksandre, 3. Bəxtiyar Həsənalızadə, 17. İssuf Paro, 34. Ürfan Abbasov (k), 6. Patrik Andrade, 29. Vanderson Melo, 70. Şarl Boli, 10. Felipe Santos, 19. Bar Kohen, 11. Ba-Muaka Simakala
Baş məşqçi: Elmar Baxşıyev
"Omoniya": 40. Fabiano, 3. Fotios Kitsos, 5. Senu Kulibali, 7. Villi Semedo, 8. Stefan Yovetiç, 11. Evandro, 14. Mateo Mariç, 21. İonnis Masuras, 30. Nikolas Panaqiotu, 31. İonnis Kussulos, 75. Laizos Laizu
Baş məşqçi: Henninq Berq
Bakı, "Dalğa Arena"
Qeyd edək ki, cavab oyunu avqustun 14-də səfərdə olacaq.
İdman.biz