Futbol üzrə klubların dünya çempionatı davam edir.
İdman.biz xəbər verir ki, ABŞ-də keçirilən mundialda bu gün B və C qruplarında mübarizə start götürür.
Əvvəlcə C qrupunda Almaniya çempionu "Bavariya" Okeaniya Çempionlar Liqasının qalibi yarımpeşəkar "Oklend Siti"ni on qolla ağır məğlubiyyətə uğradıb - 10:0. Oyunun 61-ci dəqiqəsində Harri Keyni əvəzləyən Camal Musiala het-trik edib, Kinqsli Koman, Maykl Olise və Tomas Müller hərəyə 2, Saşa Boe isə 1 qol vurublar.
1983-cü ildə UEFA kubokunda "Anortosis"ə (Kipr) 10:0 hesabı ilə qalib gələn "Bavariya" beynəlxalq turnirlərdə ən böyük qələbəsini təkrarlamış olub.
B qrupunda isə UEFA Çempionlar Liqasının qalibi PSJ İspaniya üçüncüsü "Atletiko" ilə qarşılaşır. Bu komandaların 2024/25 mövsümündə Avropanın ən nüfuzlu klub turnirinin liqa mərhələsindəki görüşü Madrid təmsilçisinin səfərdə 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Klubların dünya çempionatı
15 iyun
C qrupu
20:00. "Bavariya" (Almaniya) - "Oklend Siti" (Yeni Zelandiya) 10:0
B qrupu
23:00. PSJ (Fransa) - "Atletiko" (İspaniya) 3:0
İdman.biz