top
Futbol Biletlərində Qara Bazar Problemi: Həll Yolları və Azarkeşlərin Haqqı Lent.az
26 avqust 2025, 22:39
- ↺ +

Futbol Biletlərində "Qara Bazar" Problemi: Həll Yolları və Azarkeşlərin Haqqı

Son dövrlərdə futbolumuzda üzə çıxan, illərdir problem olaraq qalan, ortada tədbir belə görülməyən məsələ haqqında danışmaq istəyirəm: "Qara bazar". 

Alverçilərə qarşı heç bir mənfi münasibətim yoxdur. Bir məhsulu topdan şəkildə alıb, müəyyən mənfəət normasında satırlar. Bu gün dırnaqarası "alverçilər", daha doğrusu "qara bazar"çılar haqda danışacam. Ən gülünc hal odur ki, insanlar heç nə olmamış kimi onlardan bileti alır, bu işlə məşğul olanlara isə normal baxırlar. O insan sənin 5 manat vermək istədiyin bileti əlindən alıb, sənə 30-40 manata verir. Onların "alver"ində əziyyət, əmək yoxdur. İllərdir azarkeşlərin bu barədə şikayətlərinə baxmayaraq, həlli bu qədər sadə olan problemi nəzərə alan yoxdur. Biletlər satışa çıxdığı andan etibarən bir qrup şəxs külli miqdarda alaraq süni şəkildə bahalaşdırır. Biletin qiyməti kağız üzərində 5 AZN-dir. Bir neçə dırnaqarası "alverçi"nin ucbatından biletlərə 25-30 manatdan aşağı pul verə bilmirik. Hətta qiymət bir kənara, heç biletə yaxın da dura bilmirik. Həmin şəxslər konkret olaraq bu işlə məşğuldurlar. Onlar biletlərin satışa çıxdığı anda külli miqdarda bileti mənimsəyirlər. Mən, sizlər və digərləri onlar kimi bekar adamlar deyilik ki, bütün gün kassanın qarşısında durub gözləyək. 

Bəs bunun qarşısını necə almaq olar? "Qara bazar" qarşısında aciz qala biləcəyimiz bir problem deyil. Həlli üçün külli miqdarda vəsait ayırmaq, texnologiya quraşdırmağa ehtiyac yoxdur. Hər şəxsiyyət vəsiqəsinə görə bir bilet satılsa, biletlərin də sadəcə onu alan şəxs tərəfindən istifadə olunmasına icazə verilsə, bu problem aradan qalxacaq. Hər halda bu "alverçilər" öz şəxsiyyəti ilə ən yaxşı halda bir bilet ala bilərlər. Onda "qara bazar" nə edəcək? Bileti alan şəxs bilsə ki, yalnız öz adına alınmış biletlə oyunda iştirak edə bilər, nəyinə lazım hansısa "alverçi"nin cibini doldursun? 

Bir ara analoji addımlar atılırdı. Xatırlayıram, 2017-18-ci illər mövsümündə bilet satışı yuxarıda dediyim üsulla həyata keçirilirdi. "Çelsi", "Atletiko", "Roma"nı görmək istəyən hər kəs müəyyən saat aralığında "iTicket"in "Gənclik Mall" filialında gözləyir, şəxsiyyət vəsiqəsini təqdim edərək öz adına bilet alırdı. Sonradan nə oldusa, həmin sistem yoxa çıxdı. Düzdür, "qara bazar" həmin dövrdə də başqa üsullara əl atmağa çalışırdı. Müəyyən pul qarşılığında insanlara biletlər aldırıb, özlərinə götürürdülər. Lakin bunu indiki qədər rahat edə bilmirdilər. 

Təklif edərdim ki, biletin üzərində alan şəxsin ad soyadı və ya şəxsiyyəti təsdiq edən FIN-i yer alsın. Stadiona daxil olarkən biletlə şəxsiyyət vəsiqəsi yoxlanılsın və rahat formada tribunaya daxil olmağa şərait yaradılsın. 

Gedin instaqramda, feysbukda "Qarabağ"ın oyunu ilə bağlı istənilən paylaşıma baxın. Şərhlər "qara bazarçı"larla doludur. Görünən odur ki, bu tip insanlar öz fəaliyyətlərinə rahat şəkildə davam edirlər. 

Dostlar, bu məsələni ciddiyə almalıyıq. Məsələ 5 manatda deyil. Məsələ bu insanların daima bizim yerimizi sui-istifadə etmə potensialında olmasıdır. Bizim olmalı olan şeyi əlimizdən alıb süni şəkildə bizdən xeyir güdməsidir. Nə üçün kimsə mənim haqqıma girməlidir? Məsələn, 10 ildir ki, "Liverpul" azarkeşiyəm. Böyük Britaniyaya yollanıb komandanın oyunlarını izləmək təbii ki, bizlər üçün çox çətindir. Belə olan halda tək variant "Qarabağ"ın Çempionlar Liqası vasitəsilə İngiltərə klubunu Bakıya gətirməsidir. Ölkəmin nəhəngi ilə sevimli komandamın matçını izləmək üçün kiməsə möhtac olmalıyam? Fakt bu, mənim haqqımdır. Bilet istəyir 10 manat olsun, istəyir 100. Dəyəri nədirsə, ödəyib tribunada yerimi alaram. Amma artıq pul ödəmədən, öz dəyərini verərək. 

Nəzərinizə çatdırım ki, "qara bazar" da, "qara bazarçılıq"da cinayət məsuliyyəti daşıyır. Sizlər onlara artıq pul ödəyərək bu cinayətin bir parçası olursuz. Çalışın, belə insanlardan da, bu cür addımlardan da uzaq olun. Sən, mən, bizlər onlardan bilet almasaq, nəticə etibarilə fəaliyyətləri zamanla səngiyəcək. Gəlin, birlikdə "Qarabağ" kimi nəhəng klubun bilet satışının adına yaraşan formada olmasına səy göstərək. Onsuz da, ortastatistik bir azərbaycanlı gəncin maksimum əyləncəsi, stress ata biləcəyi məkanı Çempionlar Liqası kimi turnirin matçını canlı izləməkdir. Bu haqqımızı da başqalarına yedirməyək.

Lent.az APA TV-nin problem barədə süjetini təqdim edir: 

 

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 15:00

“Zirə” ilə “Qəbələ” arasında 6 oyunluq həsrət davam edir

Qarabağ FK
Bu gün, 14:48

Çempionatın yeganə Azərbaycın bombardiri niyə millidən kənarda qalır: Salyanski ilə Qurbanlını müqayisə edirik

Futbol
Bu gün, 14:30

Mançester Yunayted yanvarda Dominik Kalvert-Lyuin, Yan-Filip Mateta və İvan Touni arasından hücumçu transferini planlaşdırır

Qarabağ FK
Bu gün, 14:28

Tovuz toyunda qonaqlar ekranda “Qarabağ” - “Turan Tovuz” matçını izləyib - VİDEO

Futbol
Bu gün, 14:19

Bursaspor futbolçusu Toral Bayramov qeyri-adi avtoqol vurdu

Cüdo
Bu gün, 14:06

Azərbaycan ilk dəfə eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatına ev sahibliyi edəcək

Futbol
Bu gün, 14:00

Rahid Əmirquliyev: “12 xalla kifayət etmirik, liderdən 6 xal geriyik”

Futbol
Bu gün, 13:48

Cenk Sümer: "Hədəfimiz mövsümün sonunda çempion olmaqdır"

Futbol
Bu gün, 13:30

Niko Pas Mourinyoya zəng edərək "Real"a yalnız ehtiyat üzvü kimi qayıtmaq istəmədiyini bildirib

Qarabağ FK
Bu gün, 13:28

“Şəfa”‑“Araz‑Naxçıvan” sonuncu yerdən qurtulmağa çalışacaq, “Zirə”‑“Qəbələ” isə “Qarabağa” yaxınlaşmaq üçün mübarizə aparır? - İDMAN.BİZ‑in İCMALI

Voleybol
Bu gün, 13:08

Mateus Arauxo: "Azərbaycan çempionatı hər il inkişaf edir və daha maraqlı olub"

Gimnastika
Bu gün, 13:06

Azərbaycan gimnastı Tofiq Əliyev tumblinq üzrə dünya çempionatında gümüş medal qazanıb

Futbol
Bu gün, 12:50

İspaniya 2030-cu il Dünya Çempionatının finalı Mərkirdə keçirilərsə turnirdən imtina edəcək

Futbol
Bu gün, 12:48

Latsio Neapolda Çətin Sınaqla, Inter Komo ilə Mübarizədə

Basketbol
Bu gün, 12:35

Sabah basketbol klubu oyunçusu Mayk Ertel ilə müqaviləni bağlamış

Futbol
Bu gün, 12:30

FİFA prezidenti İnfantino yenidən seçilmək üçün Dünya çempionatının formatını dəyişdirmə planlarından vaz keçə bilər

Futbol
Bu gün, 12:28

Fransa Liqa 1-in 10-cu turu: PSJ-nin liderliyi, "Havr"dakı məşqçi krizi və zirvə komandalarının qarşıları

Futbol
Bu gün, 12:08

İraola: Futbolçular yıxılmağı məsləhət edir, hakimlər qaydanı qeydə alır

Futbol
Bu gün, 12:00

Bəxtiyar Musayev: Ayxan Abbasovun gəncləri milliyə dəvət etməsini alqışlayır

Futbol
Bu gün, 11:59

Prezident İlham Əliyev Xankəndi Şəhər Stadionunun yenidənqurulmuş açılışında iştirak edib

Voleybol
Bu gün, 11:48

Misirli voleybolçu Mariam Metvalli: Azərbaycanlılarla oxşarlıq var, burada evim kimi hiss edirəm

Futbol
Bu gün, 11:30

PSJ‑nin 12 nailiyyəti və 7 komanda rekordu Guinness Rekordlar Kitabına daxil edildi

Basketbol
Bu gün, 11:02

NTD basketbol klubu Hüseyn Məmmədovu mövsüm sonuna qədər müqavilə ilə transfer etdi

Qarabağ FK
Bu gün, 11:00

Musa Qurbanlı "Qarabağ"ın son 4 oyundakı xal itkisi: "Bu, daha çox məşqçilərimizin təhlil etməli olduğu məsələdir"

Oxşar xəbərlər