"Porto" "Arsenal"ın müdafiəçisi ilə maraqlanır.
İdman.biz xəbər verir ki, komanda Yakub Kivyeri heyətində görmək arzusundadır.
Bununla bağlı, portuqaliyalılar 25 yaşlı futbolçu üçün "Arsenal"a 26 milyon avro təklif ediblər. London təmsilçisinin cavabı "Bayer"dən Pyer İnkapieni transfer edib-edilməyəcəyindən asılıdır.
Qeyd edək ki, Kivyer ötən mövsüm Premyer Liqada 17 oyun keçirib və 1 qol vurub.
İdman.biz