Futbol üzrə klubların dünya çempionatı davam edir.
İdman.biz xəbər verir ki, ABŞ-də keçirilən mundialda bu gün B və C qruplarında mübarizə start götürür.
Əvvəlsə C qrupunda Almaniya çempionu "Bavariya" Okeaniya Çempionlar Liqasının qalibi "Oklend Siti" ilə qüvvəsini sınayır.
Sonra B qrupunda UEFA Çempionlar Liqasının qalibi PSJ isə İspaniya üçüncüsü "Atletiko" ilə qarşılaşacaq. Bu komandaların ötən mövsüm Avropanın ən nüfuzlu klub turnirinin liqa mərhələsindəki matçı Madrid təmsilçisinin Parisdə 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Klubların dünya çempionatı
15 iyun
C qrupu
20:00. "Bavariya" (Almaniya) - "Oklend Siti" (Yeni Zelandiya) 9:0
B qrupu
23:00. PSJ (Fransa) - "Atletiko" (İspaniya)
İdman.biz