Gəncə şəhər stadionunda "Kəpəz"in futbol matçlarından sonra ərazinin işıqlandırılmaması sakinlərin narazılığına səbəb olub.
İdman.Biz xəbər verir ki, Gencexeber.az-a müraciət edən vətəndaşın sözlərinə görə, oyunlardan dərhal sonra stadionun ətrafında və avtomobil dayanacağında işıqlar yanmır.
Sakinlər bunun sürücülərin hərəkətini çətinləşdirdiyini və qəza riski yaratdığını bildirərək aidiyyəti qurumlardan problemin aradan qaldırılmasını istəyiblər.