Yenidən qurulan Gəncə şəhər stadionunda ot örtüyünün təxminən nə vaxt hazır olacağı bəlli olub.
İdman.Biz sport24.az-a istinadən xəbər verir ki, arenanın mart-aprel aylarında "Kəpəz"in ixtiyarına veriləcəyi gözlənilir.
Hazırda stadionda ot örtüyünün salınması üzrə işlər gedir. Artıq toxumların səpilməsi prosesinə başlanılıb.
Qeyd edək ki, "Kəpəz" ötən mövsümdə ev oyunlarını doğma meydanda keçirə bilmir.