"Kəpəz" Afrikada istedadlı futbolçu axtarışına çıxıb.
İdman.Biz sportinfo.az-a istinadən xəbər verir ki, Gəncə təmsilçisi əsas komandanın məşqçisi Araz Bağırovu bu gün bu məqsədlə ora yollayıb.
Azər Bağırovun yarıdmçısı olan qardaşı martın 28-dək Nigeriyada qalacaq. O, həmin müddət ərzində müxtəlif turnirləri izləyəcək, bəyəndiyi gəncləri gözaltı edəcək.
Gənc mütəxəssisin diqqətini çəkən oyunçular yayda Azərbaycana dəvət olunacaq və burada baxışdan keçiriləcək.