top
Keçmiş klub prezidentindən Kosovo - Türkiyə matçı ilə bağlı ŞƏRH Idman.biz
31 mart 2026, 17:01
- ↺ +

Keçmiş klub prezidentindən "Kosovo - Türkiyə" matçı ilə bağlı ŞƏRH

"Kosovo - Türkiyə matçı çox gərgin keçəcək. Oyunun taleyini ulduz futbolçular həll edə bilərlər".

Bu sözləri Kosovanın "Liria" klubunun keçmiş prezidenti Rəhman Kiçə dünya çempionatının Avropa zonası üzrə pley-off mərhələsində bu gün Kosovo və Türkiyə yığmaları arasında keçiriləcək final matçı barədə danışarkən deyib.

O, "ay-ulduzlular"ın heyətində çıxış edən futbolçuların Avropanın aparıcı liqalarında oynadığını və bunun böyük üstünlük olduğunu bildirib.

"Türkiyə yığmasındakı futbolçuların əksəriyyəti A Seriyası, La Liqa və Bundesliqa kimi güclü çempionatlarda çıxış edirlər. Kənan Yıldız, Hakan Çalhanoğlu və Arda Gülər istənilən anda oyunun taleyini dəyişə bilən oyunçulardır. Bu səbəbdən görüşün çox gərgin və bərabər mübarizə şəraitində keçəcəyini düşünürəm", - deyə o, AZƏRTAC-a açıqlamasında deyib.

R.Kiçə qarşılaşmanın final xarakteri daşıdığını və səhvlərin bağışlanmayacağı matç olacağını vurğulayıb: "Hər iki komandanın yaxşı oyun nümayiş etdirməsini arzulayırıq. Şansları 50-nin 50-yə qiymətləndirirəm. Nə Türkiyə rahat qələbə qazanacaq, nə də Kosovo böyük hesabla üstün olacaq. Çox güman ki, 1:0 və ya 1:1 hesabı ilə bitən, hətta əlavə vaxta gedə biləcək oyun izləyə bilərik".

Kosova millisində əsas ümidlərin hücumçu Vedat Muriqi üzərində olduğunu qeyd edən sabiq klub prezidenti doğma meydan amilinin də önəmli rol oynaya biləcəyini söyləyib: "Oyun bizim meydanda keçiriləcək. Stadion süni ot örtüyünə malikdir. Türkiyəli futbolçular belə ot örtüyündə oynamağa çox da öyrəşməyiblər. Bu isə Kosovo yığması üçün müəyyən üstünlük yarada bilər".

Tanınmış menecerin sözlərinə görə, kosovolılar əvvəlki oyunlardan fərqli olaraq daha ehtiyatlı taktika seçə bilərlər: "Onların pley-offda Slovakiya ilə matçdakı (3:4) kimi açıq futbol oynayacağını düşünmürəm. Böyük ehtimalla, 4-5-1 və ya 4-4-2 sxemi ilə çıxış edəcəklər".

Matç Bakı vaxtı ilə saat 22:45-də təşkil olunacaq.

Qeyd edək ki, ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi edəcəyi dünya çempionatı iyunun 11-dən iyulun 19-dək keçiriləcək.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 02:51

UEFA Çempionlar Liqası 2026/27 dördüncü turda PSJ lider, “Sabah” 31-ci yerdə

Futbol
Bu gün, 01:56

ÇL: “Sabah” Norveçdə 4-1 məğlub oldu

Futbol
Bu gün, 01:54

Fənərbağça, Çempionlar Liqasında 18 illik geridönüş məğlubiyyətini sona erdi

Futbol
Bu gün, 01:37

Real Madrid məşqçisi Mourinyo: 'Valverde'dən qapıya zərbə vurmasını istəmədim'

Basketbol
Bu gün, 01:29

Neftçi basketbolu: Müsibət məğlubiyyətdə də güclü xarakterimiz var

Futbol
Bu gün, 01:14

Kilian Mbappe UEFA Çempionlar Liqasında 74-cü qolunu vurdu

Futbol
Bu gün, 00:51

“Yuventus” “Mançester Yunayted”in sloveniyalı forvardı Benjamin Şeşkodur transfer etmək istəyir

Futbol
Bu gün, 00:41

Velko Simic’in sakatlanması ‘Sabah’ın heyətində itki yaradır

Futbol
Bu gün, 00:32

“Barselona” Rafinya Diası ilə 2030-cu il iyun 30-dək müqavilə imzaladı

Futbol
Dünən, 23:51

Romero, Atletico'nun Barcelona qarşısında oynayacaq qarşılaşmada zərbə səbəbindən iştirak etməyəcək

Futbol
Dünən, 23:40

Denis Zakaria, Monako kapitanı, dünyanın ən yaxşı futbolçusunu Lamin Yamal olaraq təyin etdi

Futbol
Dünən, 23:25

Arsenal’a transfer olacağı planlaşdırılan gürcü futbolçu ciddi zədə aldı

Futbol
Dünən, 23:24

Ansu Fati 2026-cı il zədəsi ilə sahədə olmayacaq

Futbol
Dünən, 22:54

Vinicius Junior Çempionlar Liqası oyunundan əvvəl dəhşətli xatirə anında göz yaşı süzdü

Futbol
Dünən, 22:48

Vikinq və Sabah komandalarının UEFA Çempionlar Liqası IV turu üçün start heyətləri;

Futbol
Dünən, 22:43

Fransa polisi Qızıl top mərcində şübhə araşdırır

Futbol
Dünən, 22:17

Braziliyada futbol yarımfinalında 53 qırmızı vərəqə ilə kütləvi dava başladı

Futbol
Dünən, 22:03

Cerrard Cud Bellinqemi Zidanla müqayisə edir, onu dünyanın ən yaxşı 11-ə daxil edərdi

Futbol
Dünən, 21:45

De Yonq əsas heyətə qayıtmaq istəyir, lakin Flik hələ qərar vermir

Digər
Dünən, 21:28

Kəpəz Regional Expo Gəncə 2026 sərgisinə qatılacaq

Futbol
Dünən, 21:22

Premyer Liqanın doqquzuncu turunun ən yaxşı futbolçusu “Çelsi”ninstrat Romelo Laviya seçilib

Gimnastika
Dünən, 21:17

Azərbaycan gimnastları dünya çempionatında uğurlu start etdilər

Futbol
Dünən, 21:07

Rafael Benites Premier Liqaya qayıtmaq istədiyini elan etdi, uyğun layihə tapmaq çətinlik yaradır

Voleybol
Dünən, 20:59

Superliqa III turu başladı: Ordu 3:0 Azərreyl

Oxşar xəbərlər