"Karvan-Yevlax"da "yarpaq tökümü" davam edir. Sport24.az-ın əldə etdiyi məlumata görə, Yevlax təmsilçisi üç üzvü ilə yollarını ayırıb.
Belə ki, Vüsal Məsimov, Tompson Qavi və Kayl Spensin klubla başa çatan müqaviləsinin müddəti artırılmayıb.
Qeyd edək ki, ötən gün "Karvan-Yevlax" baş məşqçi Füzuli Məmmədovla yollarını ayırdığını açıqlayıb.