Joze Mourinyonun "Fənərbaxça"ya keçəcəyi təsdiqlənib. Sport24.az xarici KİV-ə istinadən xəbər verir ki, potuqaliyalı məşqçinin Türkiyə klubu ilə müqaviləsi iki il – 2026-cı ilin iyun ayına qədər davam edəcək. Müqavilədə anlaşmanın daha bir il uzadılması variantı da yer alacaq.
Təyinatın yaxın vaxtlarda rəsmən açıqlanacağı gözlənilir.
Qeyd edək ki, Mourinyo "Roma"dan ayrıldıqdan sonra, daha dəqiq desək, bu ilin qışından işsizdir.