top
Jetmir Topalli: Məqsədimiz dünya çempionatına vəsiqə qazanmaqdır Idman.biz
31 mart 2026, 18:09
- ↺ +

Jetmir Topalli: "Məqsədimiz dünya çempionatına vəsiqə qazanmaqdır"

"Bu gün ən vacib günlərdən biridir. Məqsədimiz dünya çempionatına vəsiqə qazanmaqdır. Bundan sonra nə olacağı önəmli deyil. Millimiz azarkeşlərimizin dəstəyi ilə mundialda yoluna davam edəcək".

Bu sözləri Türkiyənin "Serikspor" komandasında çıxış edən kosovalı futbolçu Jetmir Topalli dünya çempionatının Avropa zonası üzrə pley-off mərhələsində bu gün ölkəsinin Türkiyə yığması ilə keçirəcəyi final matçı barədə danışarkən deyib.

O, Türkiyə yığmasının daha keyfiyyətli heyətə malik olduğunu vurğulasa da, şansların bərabər olduğunu bildirib.

"Final oyunlarında şanslar hər zaman bərabər olur. Türkiyə yığması daha keyfiyyətli komandadır, daha çox ulduz futbolçuları var və bu səbəbdən favorit sayılır", - deyə o, AZƏRTAC-a açıqlamasında deyib.

J.Topalli Kosovonun da öz şansını dəyərləndirməyə çalışacağını deyib: "Biz də imkan düşdükcə şanslarımızdan istifadə etməyə çalışacağıq. Düşünürəm ki, milli komandamız bu oyuna çox yaxşı hazırlaşıb. Ümid edirəm ki, bu gün arzumuz gerçəkləşəcək".

Futbolçu qarşılaşmanın nəticəsi ilə bağlı proqnozunu da açıqlayıb: "Dəqiq nəticəni demək çətindir, amma mən 2:1 hesabı ilə qalib gələcəyimizi gözləyirəm. Penaltilər seriyasında da qələbə qazana bilərik. Əsas odur ki, dünya çempionatına vəsiqə əldə edək".

Kosovo millisində çıxış etməyin onun üçün böyük qürur olduğunu vurğulayan oyunçu dəvətə hər zaman hazır olduğunu bildirib: "Milli komandada oynamaq uşaqlıq arzum olub. İndiyədək bir neçə oyunda forma geyinmişəm və bundan çox məmnunam. Ölkəm nə vaxt mənə ehtiyac duysa, hər zaman hazıram".

Matç Bakı vaxtı ilə saat 22:45-də təşkil olunacaq.

Qeyd edək ki, ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi edəcəyi dünya çempionatı iyunun 11-dən iyulun 19-dək keçiriləcək.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 01:56

ÇL: “Sabah” Norveçdə 4-1 məğlub oldu

Futbol
Bu gün, 01:54

Fənərbağça, Çempionlar Liqasında 18 illik geridönüş məğlubiyyətini sona erdi

Futbol
Bu gün, 01:37

Real Madrid məşqçisi Mourinyo: 'Valverde'dən qapıya zərbə vurmasını istəmədim'

Basketbol
Bu gün, 01:29

Neftçi basketbolu: Müsibət məğlubiyyətdə də güclü xarakterimiz var

Futbol
Bu gün, 01:14

Kilian Mbappe UEFA Çempionlar Liqasında 74-cü qolunu vurdu

Futbol
Bu gün, 00:51

“Yuventus” “Mançester Yunayted”in sloveniyalı forvardı Benjamin Şeşkodur transfer etmək istəyir

Futbol
Bu gün, 00:41

Velko Simic’in sakatlanması ‘Sabah’ın heyətində itki yaradır

Futbol
Bu gün, 00:32

“Barselona” Rafinya Diası ilə 2030-cu il iyun 30-dək müqavilə imzaladı

Futbol
Dünən, 23:51

Romero, Atletico'nun Barcelona qarşısında oynayacaq qarşılaşmada zərbə səbəbindən iştirak etməyəcək

Futbol
Dünən, 23:40

Denis Zakaria, Monako kapitanı, dünyanın ən yaxşı futbolçusunu Lamin Yamal olaraq təyin etdi

Futbol
Dünən, 23:25

Arsenal’a transfer olacağı planlaşdırılan gürcü futbolçu ciddi zədə aldı

Futbol
Dünən, 23:24

Ansu Fati 2026-cı il zədəsi ilə sahədə olmayacaq

Futbol
Dünən, 22:54

Vinicius Junior Çempionlar Liqası oyunundan əvvəl dəhşətli xatirə anında göz yaşı süzdü

Futbol
Dünən, 22:48

Vikinq və Sabah komandalarının UEFA Çempionlar Liqası IV turu üçün start heyətləri;

Futbol
Dünən, 22:43

Fransa polisi Qızıl top mərcində şübhə araşdırır

Futbol
Dünən, 22:17

Braziliyada futbol yarımfinalında 53 qırmızı vərəqə ilə kütləvi dava başladı

Futbol
Dünən, 22:03

Cerrard Cud Bellinqemi Zidanla müqayisə edir, onu dünyanın ən yaxşı 11-ə daxil edərdi

Futbol
Dünən, 21:45

De Yonq əsas heyətə qayıtmaq istəyir, lakin Flik hələ qərar vermir

Digər
Dünən, 21:28

Kəpəz Regional Expo Gəncə 2026 sərgisinə qatılacaq

Futbol
Dünən, 21:22

Premyer Liqanın doqquzuncu turunun ən yaxşı futbolçusu “Çelsi”ninstrat Romelo Laviya seçilib

Gimnastika
Dünən, 21:17

Azərbaycan gimnastları dünya çempionatında uğurlu start etdilər

Futbol
Dünən, 21:07

Rafael Benites Premier Liqaya qayıtmaq istədiyini elan etdi, uyğun layihə tapmaq çətinlik yaradır

Voleybol
Dünən, 20:59

Superliqa III turu başladı: Ordu 3:0 Azərreyl

Futbol
Dünən, 20:53

Real Madridə verilən penalti səhvən qərarlandı

Oxşar xəbərlər