top
İtaliya avrokuboka 9 vəsiqə qazana bilər - ARAŞDIRMA İdman.biz
12 may 2024, 10:43
- ↺ +

İtaliya avrokuboka 9 vəsiqə qazana bilər - ARAŞDIRMA

Ötən mövsüm İtaliyanın üç klubu avrokubokların finalında - Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasında çıxış edib. Üçündə də məğlub olub.

İdman.biz "sport-express.ru"ya istinadən xəbər verir ki, bu il Çempionlar Liqasında Apennin təmsilçisi yarımfinala belə çıxa bilməsələr də, digər iki Avropa turnirində həlledici qarşılaşmada mübarizə aparacaqlar.

"Bayer"lə görüşü gözləyən "Atalanta" tarixində ilk dəfə avrokubokun finalında iştirak edəcək. Mayın 22-də Dublində Qasperininin komandası Avropa Liqasının finalında favorit olmayacaq, lakin Xabi Alonsonun yetirmələrilə qarşıdurma ən azı keyfiyyət və intriqa vəd edir.

"Fiorentina" isə ardıcıl ikinci dəfə Konfrans Liqasının finalında oynayacaq. Mayın 29-da onun Afinadakı rəqibi "Olimpiakos" olacaq. Bir il əvvəl "bənövşəyilər" "Vest Hem"ə uduzublar, ona görə də indi azarkeşlər önündə özlərini bərpa etməlidirlər. Florensiyadan ayrılacaq baş məşqçi Vinçenso İtalyano, yəqin ki, qapını bərk çırpmaq istəyir.

İki may finalının necə başa çatması 2024/25 mövsümü üçün Avropa yarışlarında A Seriya komandalarının ümumi sayını və onların turnirlər arasında bölgüsünü müəyyən edəcək. Hazırda aşağıdakı variantlar var:

"Atalanta" və "Fiorentina"nın məğlubiyyətləri. Bu halda İtaliya Avropa yarışlarında 8 komanda ilə iştirak edəcək: 5-i Çempionlar Liqasında, 2-si Avropa Liqasında və 1-i Konfrans Liqasında. Bu gün bu, aşağıdakılar deməkdir: Çempionlar Liqasında "İnter", "Milan", "Yuventus", "Bolonya" və "Atalanta", Avropa Liqasında "Roma" və "Latsio", Konfrans Liqasında "Napoli".

"Atalanta"nın qələbəsi və "Fiorentina"nın məğlubiyyəti. Bu halda A Seriyadan 2024/25 Çempionlar Liqasında altı komanda olacaq, çünki berqamolular da "Roma" üçün bu turnirə yol açacaq. "Latsio" Avropa Liqasında A Seriyanı tək təmsil edəcək, "Napoli" isə Konfrans Liqasında oynamalı olacaq.

"Fiorentina"nın qələbəsi və "Atalanta"nın məğlubiyyəti. "Bənövşəyilər" kuboku götürsələr, İtaliya artıq Avropada 9 yer qazanacaq. Bu günə görə ən yaxşı 5 komanda Çempionlar Liqasında, "Roma", "Latsio" və "Fiorentina" Avropa Liqasında, "Napoli" Konfrans Liqasında oynayacaq.

"Atalanta" və "Fiorentina"nın qələbəsi. A Seriyası üçün bu ən əlverişli nəticə ilə İtaliyanın avrokuboklarda 9 komandası olacaq. "Napoli" Konfrans Liqasında, "Latsio" və "Fiorentina" Avropa Liqasında, yuxarıda adı çəkilən digər 6 komanda isə Çempionlar Liqasında oynayacaq.

Amma burada vacib bir detal da var - mövsümün sonunda komandaların çempionatda yerlərinin bölüşdürülməsi. Əgər "Fiorentina" Konfrans Liqasını qazanarsa və 9-cu və ya daha aşağı yerdə olarsa, İtaliyanın Avropa yarışlarında 9 təmsilçisi olacaq: 5-i Çempionlar Liqasında, 3-ü Avropa Liqasında, 1-i Konfrans Liqasında. "Atalanta" Avropa Liqasını qazanarsa, hər şey A Seriyanı harada bitirməsindən asılı olacaq. Hazırda berqamolular beşincidirlər və ilk "dördlüy"ə düşə bilməsələr, İtaliya 6 komandanı Çempionlar Liqasına, 2-ni Avropa Liqasına göndərəcək. Variantlar çoxdur, ona görə də istənilən halda İtaliyadan avrokuboklara vəsiqələrin sayı turnir cədvəlindəki yerlərin necə bölüşdürülməsindən asılı olacaq.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 12:40

Mənbə: Manuel Noyerin karyerası bu mövsümün sonunda başa çata bilər

Futbol
Bu gün, 12:33

Vaqif Sadıqov U-17 yığmasının Almaniyanı 0:7 hesabıyla uduzmasının səbəblərini izah etdi

Futbol
Bu gün, 12:21

«Zirə»nin milli fasilədən sonra «İmişli»yə qarşı ilk matçı noyabrın 20-də olacaq

Futbol
Bu gün, 12:20

Manchester United futbolçuları təyyarədə münaqişədə düşdülər

Futbol
Bu gün, 12:10

Zidane: Mbappe zədə səbəbindən Fransa millisinin İtaliya ilə oyununu buraxacaq

Digər
Bu gün, 12:09

Yuliya Kərimova: "Qrup mərhələsinə yüksəlmək Azərbaycanın qadın voleybolu üçün mühüm hadisədir"

Futbol
Bu gün, 12:00

“Neftçi” Seneqalli ilə yollarını ayırmağa hazırlaşıyor

Qarabağ FK
Bu gün, 11:58

Neftçi sabiq kapitanı Iqor Mitreski: Liderliyi tam sonuna qədər qorumaq vacibdir

Cüdo
Bu gün, 11:44

Bakıda region cüdoçularının təlim‑məşq toplanışı başladı

Gimnastika
Bu gün, 11:31

Azərbaycan gimnastları 32-ci Dünya Yaş Qrupları yarışı finalına çatdı

Voleybol
Bu gün, 11:28

Sportinq, Xilasediciyə məğlub olaraq Portuqaliyada məyusluqla qarşılandı

Futbol
Bu gün, 11:20

La Liqada son 10 mövsümdə bu qədər qol vurulmayıb

Voleybol
Bu gün, 11:13

‘Xilasedici’ baş məşqçisi: Yeni hədəflər üçün mübarizə davam edir

Gimnastika
Bu gün, 11:07

Ömər Qasımlı və Muhamməd Həsənli Çində dünya yaş qrupları gimnastikada finala vesiqə qazandı

Basketbol
Bu gün, 11:00

Gəncə, FIBA Avropa Kuboku üçün Türkiyə klubuna qarşı döyüşəcək

Futbol
Bu gün, 10:58

Hansi Flik, Rafael Nadal və Rodri Barselona'da xüsusi mükafat alacaq

Futbol
Bu gün, 10:40

Almaniyalı milli futbolçu Niklas Zülənin: Karyeram boyunca gündə üç pivə içdiyim

Digər
Bu gün, 10:38

Usman Nurməhəmmədov və Merab Dvalişvili Əbu-Dabidə saxlanıldı

Futbol
Bu gün, 10:22

Murad Məmmədov: 7 il sonra Emreliyə verdiyi sözünü yerinə yetirdi, milli komandaya qatıldı

Futbol
Bu gün, 10:20

Arsenal Aleks Skottu Qazanmağa Cəhd Etdi

Futbol
Bu gün, 10:11

Kevin De Bruyne PSV-yə transfer ola bilər

Futbol
Bu gün, 10:09

Barselona, Kamp Nouda 1500 kvadratmetrli kolumbarium tikləyəcək

Futbol
Bu gün, 10:00

Polşalı klub 'Sabah'ın futbolçusuna təklif etdi, amma o qapını bağladı

Basketbol
Bu gün, 09:54

LANDAU Lions baş məşqçisi: “Qələbəyə yaxın idik, amma müdafiədə səhvlər bizi məğlub etdi”

Oxşar xəbərlər