top
İPL 33-cü tur: Liderlərin döyüşü, derbi və Çempionlar Liqası uğrunda mübarizə - İdman.Biz-in icmalı Idman.biz
18 aprel 2026, 14:40
- ↺ +

İPL 33-cü tur: Liderlərin döyüşü, derbi və Çempionlar Liqası uğrunda mübarizə - İdman.Biz-in icmalı

İngiltərə Premyer Liqasında(İPL) 33-cü turun oyunları bu həftəsonu keçiriləcək və bir sıra qarşılaşmalar çempionluq mübarizəsi baxımından həlledici əhəmiyyət daşıya bilər.

İdman.Biz xəbər verir ki, 32-ci turdan sonra turnir cədvəlində vəziyyət daha da gərginləşib. "Arsenal" evdə "Bornmut"a 1:2 hesabı ilə uduzub, "Mançester Siti" isə səfərdə "Çelsi"ni 3:0 məğlub edib.

Nəticədə London təmsilçisi 70 xalla liderliyini davam etdirir, "Siti" isə 64 xalla və bir oyun az keçirməklə ikinci pillədə qərarlaşıb. Bu isə onların qarşıdakı birbaşa görüşünü çempionluq mübarizəsində həlledici edə bilər. Çempionlar Liqası zonasındakı yarış da son dərəcə sıxdır: "Mançester Yunayted" və "Aston Villa"nın 55, "Liverpul"un 52, "Çelsi"nin 48, "Brentford" və "Everton"un isə 47 xalı var.

"Çelsi" – "Mançester Yunayted" (18 aprel)

Turun əsas oyunlarından biri Londonda keçiriləcək. Altıncı yerdəki "Çelsi" üçün bu görüş Çempionlar Liqası zonasına yaxınlaşmaq baxımından böyük əhəmiyyət daşıyır. Üçüncü pillədəki "Mançester Yunayted" isə mövqeyini qorumağa çalışacaq. İlk dövrədə Mançester klubu 2:1 hesabı ilə qalib gəlmişdi.

"Çelsi" bu oyuna "Mançester Siti"yə 0:3 hesablı məğlubiyyətdən sonra çıxır. Komandada zədəli futbolçuların geri dönüşü gözlənilir.

"Yunayted" isə "Lids"ə 1:2 uduzduqdan sonra Londona yollanır və heyətdə itkilərlə üzləşib.

"Everton" – "Liverpul" (19 aprel)

Liverpul derbisi bu dəfə həm emosional, həm də turnir cədvəli baxımından böyük önəm daşıyır. "Liverpul" 52 xalla beşinci, "Everton" isə 47 xalla səkkizinci yerdədir. İlk dövrədə "Liverpul" 2:1 hesabı ilə qalib gəlmişdi.

"Liverpul" üçün bu oyun çətin dövrə təsadüf edir: komanda Çempionlar Liqasından kənarlaşdırılıb və heyətdə itkilər var. "Everton" isə evdə stabil nəticələr seriyası ilə çıxış edir.

"Mançester Siti" – "Arsenal" (19 aprel)

Turun mərkəzi qarşılaşması Mançesterdə keçiriləcək. "Arsenal" 70 xalla liderdir, "Mançester Siti" isə 64 xalla ikinci pillədə qərarlaşıb və bir oyun ehtiyatda saxlayır.

Əgər "Siti" bu oyunda qalib gələrsə və ehtiyat görüşünü də udarsa, liderlik mübarizəsi tamamilə yenidən başlayacaq. Mövsümdə komandalar artıq iki dəfə üz-üzə gəlib: Premyer Liqada 1:1, Liqa Kubokunda isə "Siti" 2:0 hesabı ilə qalib gəlib.

"Arsenal" bir sıra zədələrlə üzləşib, "Siti" isə daha stabil heyətlə oyuna hazırlaşır. Hər iki komanda üçün bu qarşılaşma çempionluq yolunda həlledici rol oynaya bilər.

33-cü turun oyunları

18 aprel:

"Brentford" – "Fulhem"

"Lids" – "Vulverhempton"

"Nyukasl" – "Bornmut"

"Tottenhem" – "Brayton"

"Çelsi" – "Mançester Yunayted"

19 aprel:

"Aston Villa" – "Sanderlend"

"Everton" – "Liverpul"

"Nottingem Forest" – "Bernli"

"Mançester Siti" – "Arsenal"

20 aprel:

"Kristal Pelas" – "Vest Hem"

Turnir cədvəli (33-cü tura qədər)

"Arsenal" – 70

"Mançester Siti" – 64

"Mançester Yunayted" – 55

"Aston Villa" – 55

"Liverpul" – 52

"Çelsi" – 48

"Brentford" – 47

"Everton" – 47

"Brayton" – 46

"Sanderlend" – 46

"Bornmut" – 45

"Fulhem" – 44

"Kristal Pelas" – 42

"Nyukasl" – 42

"Lids" – 36

"Nottingem Forest" – 33

"Vest Hem" – 32

"Tottenhem" – 30

"Bernli" – 20

"Vulverhempton" – 17

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 09:40

Barselona futbolçusu Runi Bardqji ‘Counter‑Strike 2’ oynayaraq matçı zamanı diqqətsizlik göstərdi

Futbol
Bu gün, 09:27

“Sabah” futbolçusu Du Keyroş çempionlar liqası təcrübəsini və Braziliya millisində oynamaq arzusunu danışır

Futbol
Bu gün, 09:20

ABŞ Konqresi FİFA prezidentini və Arsene Vengeri Trampla əlaqələri ətrafında araşdırmaq üçün çağırış vərəqəsi göndərməyə hazırlaşır

Futbol
Bu gün, 09:19

UEFA reytinqi: Azərbaycan 24‑cü pillədə qoruyub, İsrail keçə bilmədi

Futbol
Bu gün, 09:10

Neftçi

Futbol
Bu gün, 09:08

Qari Nevill: 'Holand 18 ay ərzində 'Real Madrid'in futbolçusu olacaq'

Futbol
Bu gün, 09:00

İmişli Şəfa qarşısında, Neftçi Zirəyə meydan oxuyur

Futbol
Bu gün, 09:00

Bakıda Barselona qarşısında azarkeş sevgilisinə evlilik təklifi etdi

Futbol
Bu gün, 09:00

Neftçi “Zirə”ni qonaq olaraq qəbul edir

Futbol
Bu gün, 08:52

Puxaç: “Barselona qarşısında daha böyük hesabla məğlub ola bilərdik”

Futbol
Bu gün, 08:40

Lionel Messi sabiq komanda yoldaşının məzarı üçün Argentinaya yollanacaq

Futbol
Bu gün, 08:35

Mezzotero İtaliya milliyə dəvəti ala bilər

Futbol
Bu gün, 08:20

18 yaşlı İspaniyalı müdafiəçi Bakıda debut etdi

Futbol
Bu gün, 08:20

İmişli “Şəfa”ya qarşı 13-cü turda mübarizə

Futbol
Bu gün, 08:17

Barselona müdafiəçisi Baldenin Bakı zədəsi: növbəti matçı da buraxacaq

Futbol
Bu gün, 08:12

Arsen Venger ABŞ araşdırmasında ifadə verməyə çağırılacaq

Futbol
Bu gün, 08:00

Empoli yeni baş məşqçi Lorenzo Tonelli ilə anlaşdı

Futbol
Bu gün, 07:40

Sabah hücumçusu Coy‑Lens Mikels: “Barselona’ya 2‑3 qol vura bilərdik”

Digər
Bu gün, 07:30

Barselona matçı zamanı Bakıda ölüb: Rusiyalı azarkeş 11 yaşlı oğlu ilə gəlmiş

Futbol
Bu gün, 07:16

Atletiko Lukmanı 40 milyon avroya satmağa hazırdır

Futbol
Bu gün, 07:00

Fatih Tekke: Silahlı təhdidlərə boyun əyməyərək UEFA Kubokunu qaldırdı

Futbol
Bu gün, 06:13

Messi Karlos Tevezin vida matçına qatılacaq

Futbol
Bu gün, 05:31

Sneyder, Serxio Ramosun 2010 Dünya çempionu olduğu formanı 65.126 avrodan satdı

Futbol
Bu gün, 05:14

İspaniya Futbol Federasiyası 2027 üçün 433 milyon avroluq rekord büdcə təklif edir

Oxşar xəbərlər