"İnter" futbolçusu Hakan Çalhanoğlu ilə bağlı qərarını verib. Sport24.az xəbər verir ki, "neradzurra" türkiyəli yarımmüdafiəçinin müqaviləsini uzatmayacaq.
Bu barədə "La Gazetta dello Sport" nəşri məlumat yayıb.
32 yaşlı futbolçu 2021-ci ildən "İnter"də çıxış edir. Onun müqaviləsi 2027-ci ilin yayına kimidir.
Hakan ötən mövsüm 22 oyunda 9 qol vurub, 4 məhsuldar ötürmə edib.