İngiltərə Premyer Liqasının səkkizinci turunda "İpsviç Taun" və "Nottingem Forest" arasında keçirilən qarşılaşmada qalib müəyyənləşməyib.
İdman.Biz xəbər verir ki, görüş 1:1 hesabı ilə başa çatıb.
Qonaqlar 13-cü dəqiqədə Neko Uilyamsın qolu ilə hesabı açıblar. Lakin meydan sahibləri fasiləyə qədər tarazlığı bərpa edə biliblər. 41-ci dəqiqədə Xulio Ensiso fərqlənərək hesabı bərabərləşdirib.
İkinci hissədə hər iki komanda qələbə qolunu vurmağa çalışsa da, yaranan imkanlardan yararlana bilməyib.
Beləliklə, qarşılaşma heç-heçə ilə yekunlaşıb və komandalar hərəyə bir xal qazanıblar.