top
İngiltərə Premyer Liqası: Arsenal Evertonu minimal hesabla məğlub etdi, digər oyunların nəticələri Idman.biz
21 dekabr 2025, 02:23
- ↺ +

İngiltərə Premyer Liqası: "Arsenal" "Everton"u minimal hesabla məğlub etdi, digər oyunların nəticələri

İngiltərə Premyer Liqasının 17-ci turunda səfərdə "Arsenal" "Everton"u 1:0 hesabı ilə məğlub edib.

İdman.Biz bildirir ki, yeganə qolu 27-ci dəqiqədə isveçli hücumçu Viktor Dyökereş vurub.

"Arsenal" bütün yarışlarda ardıcıl üçüncü qələbəsini qazanıb. Onlar Premyer Liqa turnir cədvəlində birinci yerə yüksəliblər (17 oyundan sonra 39 xal). 24 xal toplayan "Everton" doqquzuncu yerdədir.

Turun digər matçında "Lids" evdə "Kristal Palas"ı 4:1 hesabı ilə məğlub edib.

Meydan sahiblərindən Dominik Kalvert-Levin iki qol vurub, İtan Ampadu və Anton Stax isə hərəyə bir qol vurublar. Qonaqlardan Castin Devenni fərqlənib. "Lids" Premyer Liqa turnir cədvəlində 16-cı yerdədir (17 oyundan sonra 19 xal), "Kristal Palas" isə səkkizincidir (26 xal).

23:33

İngiltərə Premyer Liqasında 17-ci turun "Tottenhem Hotspur" və "Liverpul" arasında keçirilən oyunu başa çatıb.

İdman.Biz xəbər verir ki, mersisaydlılar 2:1 hesabı ilə qələbə qazanıblar.

Oyun Londondakı "Tottenhem Hotspur" stadionunda baş tutub.

57-ci dəqiqədə Aleksandr İsak hesabı açaraq mersisaydlılara üstünlük qazandırıb. 66-cı dəqiqədə Uqo Ekitike hesab arasındakı fərqi ikiqat artırıb. 83-cü dəqiqədə Rişarlison hesab arasındakı fərqi azaldıb.

22:02

İngiltərə Premyer Liqasının 17-ci turunun "Mançester Siti" və "Vest Hem Yunayted" arasında keçirilən oyunu başa çatıb.

İdman.Biz bildirir ki, oyun Mançesterdəki "Etihad" stadionunda baş tutub.

Meydan sahibləri 3:0 hesabı ilə qalib gəlib.

Erlinq Holand altıncı dəqiqədə hesabı açıb. Yarımmüdafiəçi Teyani Reynders 39-cu dəqiqədə "Siti"nin ikinci qolunu vurub. Holand ikinci hissənin 69-cu dəqiqəsində dubl edib.

İngiltərə Premyer Liqasında bu gün keçirilən digər görüşlərdə aşağıdakı nəticələr alınıb:

"Bornmut" – "Bernli" – 1:1
Qollar: Antuan Semenyo (67); Armando Broya (90)

"Brayton" – "Sanderlend" – 0:0

"Vulverhempton" – "Brentford" – 0:2
Qollar: Kin Lyuis-Potter (63, 83)

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 19:44

Azər Məmmədov: “Köhnə, iddialı ‘Kəpəz’i qaytara bilərik”

Digər
Bu gün, 19:40

Bundesliqa: “Leypsiq”dən darmadağın, Füllkruqdan “Verder”ə qələbə - YENİLƏNİR

Digər
Bu gün, 19:26

Millimizin üzvü üçün 90 dəqiqə

Digər
Bu gün, 19:20

“Kür”ün kapitanı: “Bugünkü məğlubiyyət bizim üçün qələbə kimidir” - İDMAN.BİZ MİNGƏÇEVİRDƏN

Digər
Bu gün, 19:16

Azər Məmmədov: “Kəpəz” hər il dağılır, sonra yenidən yığılır”

Digər
Bu gün, 19:04

Zaur Həşimov: “Təcrübəsizlikdir, yoxsa bəxtsizlik, bilmirəm”

Digər
Bu gün, 19:03

Fərid Qayıbov Ruandanın idman naziri ilə görüşüb - FOTO

Digər
Bu gün, 18:57

“Traktor” diskvalifikasiya olunacaq?

Futbol
Bu gün, 18:53

Mareska: Aston Villa məğlubiyyətində daha çox qələbəyə layiq idik

Futbol
Bu gün, 18:15

Elçe Rayo Vallecano'nu 3-0 məğlub edərək təhlükəli zonadan çıxdı

Cüdo
Bu gün, 18:10

Azərbaycanlı cüdoçu Zelim Tçkayev PSJ-nin Avropa Cüdo Çempionlar Liqası finalına yüksəlməsinə kömək edib

Basketbol
Bu gün, 17:59

NTD-nin baş məşqçisi Ordu qarşısında məğlubiyyətin səbəblərini izah etdi

Digər
Bu gün, 17:58

“Neftçi” və “Sabah”ın əvəzedicilərindən məhsuldar heç-heçə

Futbol
Bu gün, 17:55

Vanspor, Azərbaycan millisinin sabiq üzvləri Ozan Can Kökçü və Elvin Yunuszadəni 3-0 məğlub etdi

Qarabağ FK
Bu gün, 17:43

Andrade “Qarabağ”dan Ukraynanın lideri “Polisiya”ya qızaq... (Wait, let's look closer at the text. The text says he moved in summer 2026? That's in the future. It says "Xatırladaq ki, Andrade 2026-cı ilin yayında "Qarabağ"dan "Polissya"ya keçib." This is

Futbol
Bu gün, 17:40

Aston Villa Manchester City'yi Premier Liqa'da 2-1 məğlub etdi

Futbol
Bu gün, 17:37

İnfantino Bakıda U-15 Dünya Çempionatı çərçivəsində istəfası barədə sorğulara cavab verdi

Futbol
Bu gün, 17:28

Fransalı müdafiəçi Jul Könhe “El Klyasiko”da oynaya bilməyəcək

Futbol
Bu gün, 17:27

PSJ-nin keçmiş rəhbərləri Çempionlar Liqasında ucalan üçün Afrika marabutuna müraciət etdi: Qəribə proqnoz və tarixi qələbə

Futbol
Bu gün, 17:20

Melbourne derbisinde yağış altında 1-1 nəticə

Futbol
Bu gün, 17:10

Kasımpaşa 1-0 qalib gəlir və beşinci yerə yüksəlir

Basketbol
Bu gün, 16:47

Ordu, NTD-ni məğlub edərək Azərbaycan Basketbol Liqası IV turunda qalib gəldi;

Futbol
Bu gün, 16:29

Fransalı klub Qalatasaraylı qapıçıya maraq göstərir

Futbol
Bu gün, 16:28

FIFA, Bakı U-15 Dünya Çempionatı oyunlarını FIFA+ vasitəsilə pulsuz izləmək imkanı təqdim edib

Oxşar xəbərlər