İngiltərənin "Sauthempton" klubu baş məşqçisi Tonda Ekertlə yeni müqavilə imzalayıb.
QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
33 yaşlı almaniyalı mütəxəssislə yeni sözləşmənin müddəti 2029-cu ilə qədər nəzərdə tutulub.
Ekert 2025-ci ilin noyabrında komandanın müvəqqəti baş məşqçisi təyin olunub. Bundan əvvəl o, klubun U-21 komandasını çalışdırıb. Mütəxəssisin rəhbərliyi altında "Sauthempton" Çempionşipdə keçirdiyi 48 oyunda 96 xal toplayıb. Bu göstərici həmin müddətdə turnirdəki digər klubların nəticəsindən ən azı 12 xal çoxdur.
Ötən mövsüm Ekert komandanı turnir cədvəlinin 21-ci pilləsindən 4-cü yerə yüksəldib. Həmçinin "Sauthempton" İngiltərə Kubokunda yarımfinala qədər irəliləyib və bu mərhələdə "Uembli" stadionunda "Mançester Siti"yə məğlub olub.