top
İlk dəfə milliyə dəvət alan “Şimal”lı: “Açığı, özümə güvənirdim” Sportinfo.az
Bu gün, 17:20
- ↺ +

İlk dəfə milliyə dəvət alan “Şimal”lı: “Açığı, özümə güvənirdim”

I Liqa təmsilçisi "Şimal"ın hücumçusu Niyazi Osmanov ilk dəfə Azərbaycanın U-21 millisinə dəvət alması, klub karyerası və gələcək hədəfləri barədə AZƏRTAC-a müsahibə verib.

Sportinfo.az həmin müsahibəni diqqətinizə çatdırır:

- İlk dəfə U-21 millisinə dəvət almağınız necə baş verdi? Bu xəbəri eşidəndə hansı hissləri keçirdiniz?

- Həqiqətən, çox gözəl hissdir. Çox xoşbəxtəm. İlk dəfə milli komandaya dəvət almaq qürurverici haldır. Mənimlə ilk olaraq baş məşqçi Rəşad Eyubov danışdı. Beləcə yığmaya dəvət olundum.

- Millidəki ilk çıxışınızda 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qaldınız. Belə uğurlu başlanğıc gözləyirdiniz?

- Açığı, özümə güvənirdim. Yaxşı çıxış edəcəyimə inanırdım. Şükürlər olsun ki, hər şey yaxşı alındı. Buna görə çox sevinirəm.

- Bu performansdan sonra növbəti təlim-məşq toplanışlarında da milliyə dəvət alacağınıza inanırsınızmı?

- İnşallah, çalışacağam ki, daim millidə olum. Bunun üçün əlimdən gələni edəcəyəm. Öz üzərimdə daha çox işləməli, inkişaf etməliyəm. Ümid edirəm ki, yenidən dəvət alaram.

- Baş məşqçi Rəşad Eyubovla toplanışdan sonra söhbətiniz oldu?

- Xeyr, şəxsi söhbətimiz olmadı. Amma komandanı təbrik etdi, bütün futbolçulara uğurlar arzuladı.

- İlk dəfə yığmaya dəvət alan futbolçu kimi komandadakı ab-hava və kollektivin potensialı barədə nə deyə bilərsiniz?

- Keçən il U-21 millisindən əsas yığmaya təxminən 7-8 futbolçu yüksəlmişdi. İnşallah, bu il daha çox olar. Yeni formalaşan komandayıq. İnkişaf etməli, oyun səviyyəmizi artırmalıyıq. Komandada ab-hava çox yaxşıdır.

- Futbolçu kimi inkişafınızda "Şimal"ın böyük rolu var. Məhz bu komandada oynayandan sonra U-21 millisinin qapıları sizin üçün açıldı. Bu barədə nə deyə bilərsiniz?

- "Şimal"a gəldikdən sonra daha çox oynamaq və özümü göstərmək imkanı qazandım. Burada hər şey yaxşıdır. Ab-hava, ümumi vəziyyət qaydasındadır. Hər oyuna qələbə üçün çıxırıq.

- Klubla müqavilənizin müddəti nə vaxta qədərdir?

- Mövsümün əvvəlində birillik müqavilə bağlamışam.

- Gələcək karyera hədəfləriniz nələrdir?

- Hədəfim daha yüksək səviyyələrə yüksəlmək, daha yaxşı liqalarda oynamaqdır. Bunun üçün daim çalışıram və öz üzərimdə işləyirəm.

- Özünüzə nümunə götürdüyünüz, oyununu bəyəndiyiniz futbolçu varmı?

- Kumir hesab etdiyim futbolçu Kriştianu Ronaldudur. Onun oyununu çox bəyənirəm. Xüsusilə bitiricilik qabiliyyəti məni daha çox cəlb edir.

Ticket Store Neftchi Qarabag FK
Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 21:40

“Qalatasaray”ın baş məşqçisi ilə hakim arasında dialoq məlum oldu

Futbol
Bu gün, 21:40

Seneqallıya görə 70 milyon avro təklif etdi - Premyer Liqa nəhəngi

Futbol
Bu gün, 21:39

Bavariya futbolçusu Olisenin zədəsi üzərində müsbət xəbər

Futbol
Bu gün, 21:20

GƏRGİNLİK - Məşqçilər əlbəyaxa oldu, hər ikisi “qırmızı” aldı

Digər
Bu gün, 21:18

Tahir Abdullayev UFC-də Ceyk Mettyusunu hakimlərin qərarı ilə məğlub etdi

Futbol
Bu gün, 21:18

“İnter” 19 yaşlı hücumçunun transferini nəzərdən keçirir

Futbol
Bu gün, 21:09

Qəbələ “Şəfa”nı belə məğlub etdi - Video

Futbol
Bu gün, 21:00

Şamaxı – Turan Tovuz oyunu: Referee decision və yaralanma fotonu

Boks
Bu gün, 20:48

Azərbaycanlı MMA döyüşçüsü Tahir Abdullayev UFC-də ikinci qələbəsini qazandı

Futbol
Bu gün, 20:46

Amad Diallo Manchester United-dən ayrılma ehtimalı

Qarabağ FK
Bu gün, 20:42

“Kəpəz”in son məşqində azarkeş izdihamı: “Qarabağ”la oyuna hazırlıq tamamlandı - FOTO

Futbol
Bu gün, 20:40

“Neftçi”nin macar legioneri həyacan içində: “Bu, bizi aldatmamalıdır”

Voleybol
Bu gün, 20:35

“Gəncə” məğlub oldu

Futbol
Bu gün, 20:29

Dortmund “Borussiya”sı liderliyini qorudu, “RB Leypsiq”dən beş qolluq qələbə - VİDEO

Voleybol
Bu gün, 20:16

Murov Az Terminal qadın voleybol komandası Super Liqada üçüncü turda qalib gəldi

Futbol
Bu gün, 20:15

Şəfa – Qəbələ matçının video icmalı

Futbol
Bu gün, 20:06

“Qəbələ” “Şəfa”nı belə məğlub etdi – VİDEO və XRONOLOGİYA

Futbol
Bu gün, 20:05

Zaur Həşimov: Düşünürdük ki, artıq "qara zolaq"dan çıxmışıq

Futbol
Bu gün, 20:02

“Latsio” liderliyini möhkəmləndirdi, “Komo”dan inamlı qələbə - VİDEO

Futbol
Bu gün, 20:00

Vinisius Realın üç oyunçusunu Braziliyaya aparacaq

Futbol
Bu gün, 20:00

Millinin toplanışına gəlmədi, İtaliyada qol vurdu

Futbol
Bu gün, 19:52

Qara zolaqdan çıxdıq, amma məğlubiyyət gərginliyi artırdı

Digər
Bu gün, 19:50

Rüstəm Alimli: “İki qızıl medal gözləyirdik”

Futbol
Bu gün, 19:48

“Məsuliyyət mənim üzərimdədir, amma…” – Zaur Həşimov

Oxşar xəbərlər