top
İlham Yadullayev: U-19 Millisinin Müdafiə Xəttindəki İtkilər Nəticələrə Təsir Etdi Idman.biz
03 aprel 2026, 15:03
- +

İlham Yadullayev: U-19 Millisinin Müdafiə Xəttindəki İtkilər Nəticələrə Təsir Etdi

Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsindən öncə itkilərlə üzləşib və bu amil komandanın nəticələrinə təsir göstərib.

Bu sözləri U-19-un baş məşqçisi İlham Yadullayev deyib.

Mütəxəssisin sözlərinə görə, turnir öncəsi müdafiə xəttindəki zədəlilər komandanın oyununa təsir edib:

"Futbolçulardan istədiklərimizi ala bilmədik. Seçmə mərhələyə ciddi hazırlaşmışdıq, Moldovada iki yoldaşlıq görüşü də keçirdik. Sonra heyəti müəyyənləşdirib hazırlığa başladıq. Lakin ölkə çempionatında zədələnən əsas oyunçularımız var idi. Xüsusən də müdafiə xəttində itkilərimiz oldu. Onların yerinə beynəlxalq təcrübəsi olmayan yeni futbolçular dəvət etdik. Müdafiədə dəyişiklik etmək çətindir və bu təcrübəsizlik Litva ilə oyunda özünü büruzə verdi. İlk matçda 3-4 yeni oyunçuya şans vermişdik. Litvanı təhlil etmişdik, çox dinamik, fiziki və taktiki cəhətdən nizam-intizamlı komandadır", - deyə o, report.az-a açıqlamasında bildirib.

İ.Yadullayev Şimali İrlandiya ilə matçdakı məğlubiyyətin səbəblərini açıqlayıb:

"Bu görüşə daha motivasiyalı çıxdıq və beynəlxalq təcrübəsi olan futbolçularla heyəti gücləndirdik. İlk matçda uduzsaq da, ikinci oyunda qələbə qazanacağımız halda qrupu birinci pillədə bitirmək şansı olur. Şimali İrlandiya ilə görüşün ilk hissəsində üstünlük bizdə idi və hesabı açdıq. Lakin ikinci hissədə fərdi səhvlər ucbatından standart vəziyyətdən qol buraxdıq. Fərqlənmək üçün şanslarımız olsa da, dəyərləndirə bilmədik. Oyunun sonuna yaxın yorğunluq hiss olunurdu, fiziki cəhətdən çatdıra bilmədiyimiz üçün qapımızda ikinci qolu gördük".

O, futbolçuların psixoloji durumuna da toxunub:

"Məğlubiyyətdən sonra ruh düşkünlüyü yaranır. Çalışırıq ki, oyunların təhlili ilə səhvləri göstərək və uşaqları psixoloji cəhətdən toparlayaq ki, məğlubiyyətə öyrəşməsinlər. Onlar "Sabah", "Neftçi", "Qarabağ" kimi liderlik uğrunda mübarizə aparan klubların üzvləridir. İstəmirik ki, futbolçular öz klublarına ruh düşkünlüyü ilə qayıtsınlar".

İlham Yadullayev qarşıdakı planlardan danışıb:

"Növbəti seçmə mərhələ noyabrda olacaq, həmin vaxta qədər püşkatma keçirilməlidir. Yoldaşlıq oyunları ilə hazırlığı davam etdirməliyik".

Qeyd edək ki, Avropa çempionatının seçmə mərhələsində B Liqasının 6-cı qrupunda yer alan U-19 Litvaya 0:4, Şimali İrlandiya millisinə 1:2 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 01:33

Arsenal və Komo arasında yoldaşlıq matçında heç-heçə

Futbol
Bu gün, 01:21

Nottingem Forest Bayeri məğlub edib

Futbol
Bu gün, 01:15

Real Madrid Deportivo La Korumasını yoldaşlıq oyununda məğlub edib

Futbol
Bu gün, 01:03

PSJ UEFA Superkubokunu qazandı

Futbol
Bu gün, 00:55

PSJ ardıcıl ikinci dəfə UEFA Superkubokunu qazanıb

Futbol
Bu gün, 00:31

"Barselona"nın oyunçusu uğurla əməliyyatdan keçib

Futbol
Bu gün, 00:22

PSJ - "Aston Villa" matçında hesab dəyişib

Futbol
Bu gün, 00:09

Arsenal yenidən Ezri Konsa ilə maraqlanır

Futbol
Dünən, 23:38

UEFA Konfrans Liqasında “Rapid” və “Kopenhagen” növbəti mərhələyə adlayıblar

Futbol
Dünən, 23:22

PSJ - "Aston Villa" UEFA Superkuboku matçında hesab açılıb

Futbol
Dünən, 23:17

Masazır stadionu önündəki insidentə görə cinayət işi açıldı

Futbol
Dünən, 23:13

Duşan Vlahoviç “Beşiktaş”la müqavilə imzalayıb

Güləş
Dünən, 22:55

U-15 Azərbaycan qızlardan ibarət milli komandası Qazaxıstanda məğlub olub

Güləş
Dünən, 22:55

Azərbaycan U-15 qızlar milli komandası Qazaxıstanda ilk matçında məğlub olub

Basketbol
Dünən, 22:38

“Los Anceles Leykers” basketbol komandası yenidən sahibi dəyişir

Futbol
Dünən, 22:25

„İmişli“ Ayxan Abbaszadə ilə müqavilə imzalayıb

Basketbol
Dünən, 22:20

Amerikalı forvard Kervin Volt „LANDAU Lions” klubuna qoşuldu

Futbol
Dünən, 21:48

Kalvin Filips “Şeffild Yunayted”ə icarəyə gedib

Futbol
Dünən, 21:15

Ayxan Abbaszadə „İmişli“yə keçib

Futbol
Dünən, 21:00

İngiltərə çempionu "Lester Siti" futbol klubu satışa çıxarılıb

Cüdo
Dünən, 20:57

Hidayət Heydərov və Nizami İmranov Olimpiya Təlim Düşərgəsində

Futbol
Dünən, 20:44

Romelu Lukaku “Fənərbağça”ya transfer olunub

Futbol
Dünən, 20:09

Xavi Niderland milli komandasına baş çavuş olaraq təyin oluna bilər

Güləş
Dünən, 19:58

Dünya çempionatında iştirak edəcək yeniyetmə cüdoçularla görüş keçirilib

Oxşar xəbərlər