top
Füzuli Məmmədov: Qolumuz sayılmalı idi Idman.biz
19 mart 2026, 19:18
- +

Füzuli Məmmədov: "Qolumuz sayılmalı idi"

"Karvan-Yevlax" "Zirə" ilə matçda heç bir baxımdan rəqibindən geri qalmayıb.

İdman.Biz xəbər verir ki, bunu Yevlax təmsilçisinin baş məşqçisi Füzuli Məmmədov Misli Premyer Liqasının 25-ci turunda "Zirə"yə qarşı keçirdikləri matçdan sonra mətbuat konfransında deyib.

Mütəxəssis 0:1 hesablı məğlubiyyəti şərh edib.

"Komandamız bu gün kifayət qədər yaxşı oyun nümayiş etdirdi. Futbolçular matça ciddi və məsuliyyətlə hazırlaşmışdılar. Meydanda sona qədər mübarizə aparan, döyüşkən bir kollektiv var idi. Nə istək, nə keyfiyyət, nə də taktiki baxımdan rəqibdən geri qalmadıq, əksinə bəzi məqamlarda üstün görünürdük. Düzdür, qapımız qarşısında təhlükəli epizodlar yaşandı. "Zirə" güclü komandadır və biz bu oyunda qələbə qazanmaq istəyirdik.

Bu gün meydanda həqiqətən də yumruq kimi bir komanda gördüm. Məğlubiyyət oyunun gedişatını tam əks etdirmədi. Xüsusilə son dəqiqələrdə buraxdığımız səhv nəticəsində qol buraxmaq məni məyus etdi. Belə əzmkarlıq göstərən komandamın uduzmasını istəməzdim. Futbolçularım ən azı bir xala layiq idilər.

Qolumuz sayılmalı idi. Sayılsaydı bizim üçün daha yaxşı olardı.

Amma futboldur, belə hallar olur. "Zirə"ni qələbə münasibətilə təbrik edirəm, öz oyunçularıma isə təşəkkürümü bildirirəm. Bir səhv etdik və bunun cəzasını çəkdik. Bizim üçün bu oyun artıq geridə qaldı", - Məmmədov bildirib.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 22:40

Ramil Şeydayev “Soçi”də debüt etdi

Futbol
Bu gün, 22:32

Mahir Emreli qol ötürməsi verdi, "Rakuv" məğlub olub

Boks
Bu gün, 22:23

Azərbaycan boksçuları Avropa çempionatında 1/4 finala yüksəliblər

Digər
Bu gün, 21:41

Azərbaycan gənclərinin badminton turniri qurtardı

Futbol
Bu gün, 21:29

Rasinq Santander Vilyarreal ilə heç-heçə edib

Qarabağ FK
Bu gün, 21:28

Qarabağ”ın rəqibi Konfrans Liqasına hazırlaşır

Futbol
Bu gün, 20:59

Kriştiano Ronaldo futboldakı son mövsümündədir

Futbol
Bu gün, 20:50

"Barselona" "Bazel"i darmadağın edib

Futbol
Bu gün, 20:36

Marsel “Vest Hem” müdafiəçisini transfer edə bilər

Voleybol
Bu gün, 20:29

“Ordu” voleybol klubuna yeni legioner

Futbol
Bu gün, 20:10

AFFA baş katibi "Sumqayıt" - "Neftçi" oyununu izləyir

Futbol
Bu gün, 20:00

"Arsenal" İngiltərə Superkubokunu qazandı

Basketbol
Bu gün, 19:55

Neftçi SOCAR 3x3 basketbol komandası Dünya Qadın Seriyasından kənara düşür

Futbol
Bu gün, 19:35

Zion Suzuki „Aston Villa“ya transfer olunub

Voleybol
Bu gün, 19:14

Azərbaycan çimərlik voleybolçuları beynəlxalq turnirdə uğur qazanıb

Futbol
Bu gün, 19:01

Sumqayıt-Neftçi: Azərbaycan Premyer Liqasının 1-ci turu

Futbol
Bu gün, 18:52

Kərim Benzemanın “Əl-Hilal”la müqaviləsi ləğv edilə bilər

Futbol
Bu gün, 18:31

"Tvente" "Qarabağ"ın rəqibi "PEC Zvolle"ni məğlub edib

Futbol
Bu gün, 18:12

Türkiyə klubu Aytac Şərifova və Sevinc Cəfərzadə ilə müqaviləni uzadıb

Basketbol
Bu gün, 17:52

Neftçi SOCAR Dünya Qadın Seriyasında mübarizəni dayandırdı

Güləş
Bu gün, 17:27

Bakıda cüdo məşqçiliyi üzrə 150-ci proqramın iştirakçılarına sertifikatlar təqdim edilib

Digər
Bu gün, 17:27

İslam Mahaçev UFC tarixində ən uzunmüddətli qələbə seriyasına sahib oldu

Futbol
Bu gün, 17:17

Sabah - Hapoel matçının biletləri satışa çıxarılıb

Futbol
Bu gün, 16:49

"Liverpul" və "Komo" heç-heçə edib

Oxşar xəbərlər