top
Füzuli Məmmədov: Bütün fikrimiz çempionatın son oyunlarınadır Idman.biz
14 aprel 2026, 16:43
- ↺ +

Füzuli Məmmədov: Bütün fikrimiz çempionatın son oyunlarınadır

"Hazırda bütün fikrimiz çempionatın son oyunlarınadır. Mövsüm bitməmiş belə ssenariləri müzakirə etməyi düzgün hesab etmirəm".

Bunu "Karvan-Yevlax"ın baş məşqçisi Füzuli Məmmədov futbolinfo.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

– Avqustdan bəri davam edən qələbəsizlik seriyasına, nəhayət, son qoya bildiniz. Nələri dəyişdiniz ki, komanda "Kəpəz"lə oyunda daha motivasiyalı, istəkli göründü və böyükhesablı (4:1) qələbəyə imza atdı?

– Düşünmürəm ki, məsələni yalnız motivasiya ilə izah etmək doğru olar. Mövsüm ərzində komanda heç vaxt oyuna istəksiz çıxmayıb, sadəcə nəticələr istədiyimiz kimi alınmırdı və bu da müəyyən psixoloji gərginlik yaradırdı. Son həftələrdə biz daha çox detallara fokuslandıq – oyun intizamı, epizodların düzgün tamamlanması və meydandakı qarşılıqlı anlaşma üzərində işlədik. Eyni zamanda, futbolçular üzərindəki təzyiqi azaltmağa çalışdıq ki, onlar meydanda daha sərbəst qərarlar verə bilsinlər. "Kəpəz"lə oyunda həmin işlərin nəticəsini gördük. Komanda daha inamlı və balanslı çıxış etdi. Amma bunu birdəfəlik sıçrayış kimi yox, görülən işin məntiqi davamı kimi qiymətləndiririk. Qarşıda hələ çox iş var və əsas məqsədimiz bu sabitliyi qorumaqdır.

– Azarkeşlər daha çox Coy Sleyd Mikels və digər hücumçulardan qol gözlədikləri halda, "Kəpəz"lə matçda Rauf Rüstəmli səhnəyə çıxdı və het-trik etdi. Hiss olundu ki, Raufa imkan düşdükcə uzaq məsafədən zərbə vurmaq tapşırığı vermişdiniz. Bu, Yusif İmanovun belə zərbələr zamanı inamsız təsir bağışlaması ilə əlaqədar idi?

– İlk növbədə Raufu təbrik edirəm, het-trik etmək hər futbolçu üçün xüsusi hadisədir və o, "Kəpəz"lə görüşdə düşən şansı maksimum dəyərləndirdi. Biz ümumi olaraq oyunçulara epizod yarandıqda cəsarətli olmağı, uzaq məsafədən zərbələr vurmaqdan çəkinməməyi tapşırırıq və bu, konkret bir qapıçı ilə bağlı plan deyil. Rəqibin qolkiperi Yusif İmanov kifayət qədər təcrübəli və keyfiyyətli qapıçıdır, onun haqqında mənfi fikir səsləndirmək doğru olmaz. Sadəcə, futbolda bəzən belə oyunlar olur ki, vurulan zərbələr qola çevrilir. Mikelsə gəldikdə isə, o da komanda üçün çox vacib oyunçudur. "Kəpəz"lə görüşdə də hücumda faydalı iş gördü, rəqib müdafiəçiləri yordu və komanda yoldaşlarına boşluqlar yaratdı. Ümumilikdə isə bu qələbə fərdi deyil, komanda əməyinin nəticəsidir.

– Növbəti oyunda "Şamaxı"nı qəbul edəcəksiniz. "Kəpəz" üzərindəki darmadağın yetirmələrinizin motivasiyasını daha da artıracaq. Bundan yararlanıb "Şamaxı"nı da məğlub edə biləcəksiniz?

– Əlbəttə, qələbə hər zaman komanda üçün müsbət emosiyalar yaradır və özünəinamı artırır. Amma biz çalışırıq ki, bu emosiyanı nə həddindən artıq böyüdək, nə də rahatlığa səbəb olsun. "Şamaxı" intizamlı və mübariz komandadır, onları məğlub etmək üçün "Kəpəz"lə oyundan daha artıq səviyyə göstərmək lazımdır. Biz bu görüşə tam ciddi, rəqibə hörmətlə yanaşırıq. Məqsədimiz hər oyunda inkişaf etmək və daha stabil çıxış etməkdir. Əgər bunu bacarsaq, nəticə də bizim xeyrimizə ola bilər.

– Mövsümün sonuna 6 tur qalmış "Qəbələ"dən 8 xal geri qalırsınız. Bu fərqi aradan qaldırmaq şansınız nə dərəcədə realdır?

– Reallığı düzgün qiymətləndirmək lazımdır - fərq kifayət qədərdir və mövsümün sonuna az oyun qalıb. Amma futbol elə oyundur ki, hər tur yeni imkan deməkdir. Bizim üçün ən doğru yanaşma hesablamalara yox, qarşıdakı oyunlara fokuslanmaqdır. Hər matça maksimum nəticə üçün çıxmalıyıq, qalan məsələlər isə tur-tur aydınlaşacaq. Əsas məqsədimiz mövsümü layiqli şəkildə başa vurmaq, komandanın inkişafını davam etdirmək və azarkeşlərə daha stabil oyun göstərməkdir. Bunu bacarsaq, turnir cədvəlində də mümkün olan ən yaxşı mövqeni tutmağa çalışacağıq.

– Komanda Premyer Liqada qala bilməsə, "Karvan-Yevlax"da qalacaqsınız? Füzuli Məmmədovun birinci Liqada Yevlax təmsilçisinə kömək etməsi mümkündürmü?

– Hazırda bütün fikrimiz çempionatın son oyunlarınadır. Mövsüm bitməmiş belə ssenariləri müzakirə etməyi düzgün hesab etmirəm. Mənim klubla müqaviləm var və bu müqavilə çərçivəsində üzərimə düşən öhdəlikləri yerinə yetirməyə davam edirəm. Gələcəklə bağlı məsələlər mövsüm başa çatdıqdan sonra klub rəhbərliyi ilə birlikdə müzakirə olunacaq və hər iki tərəf üçün ən doğru qərar veriləcək. Əsas diqqətimiz hazırda komandanın nəticələrini yaxşılaşdırmaq və mövsümü layiqincə başa vurmaqdır.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 18:50

Camal Musiala 4-6 həftə yaşıl meydanlardan uzaq qalacaq

Futbol
Bu gün, 18:43

Niko Pas "Real Madrid"ə qayıtmaq istəmir, "Mançester Yunayted" maraqlıdır

Futbol
Bu gün, 18:29

"Atletiko"-nun hücumçusu Aleksander Sørloth zədə səbəbindən azı iki həftə meydandan uzaq qalacaq

Futbol
Bu gün, 18:29

Nurlan Novruzov: "Məni Bülent Korkmaz kəşf edib" – uşaq futbolda məşqçilik karyerasına başlaydı

Futbol
Bu gün, 18:27

Şəfa 3‑1 qolla "İmişli"ni məğlub etdi – VİDEO və XRONOLOGİYA

Futbol
Bu gün, 18:25

Xankəndi Zaqatala üzərində 0:2 qalib gəldi – VİDEO

Futbol
Bu gün, 18:21

«Bruno Fernandes Brentford qarşılaşmasından öncə məşqdə iştirak etməyib»

Futbol
Bu gün, 18:20

Barkonun Oyuna Çatmasının Nə Dəlikdə Taktiki Qərar Olduğunu Açıq Etdi

Futbol
Bu gün, 18:13

"Roma"nın braziliyalı müdafiəçisi Uesli həmyerlisi Endrikin kluba gəlməsini təklib edib

Futbol
Bu gün, 18:00

"Xankəndi" I Liqada 9-cu turda "Zaqatala"yı 2:0 hesabı ilə məğlub edib

Futbol
Bu gün, 17:55

Neftçi və Zirə 13-cü turda qarşı-qarşıya: start heyətləri açıqlandı

Güləş
Bu gün, 17:54

«Vergi Borcları ilə Qarşılaşan Güləş Məşqçisinin Azərbaycandan Çıxışına Müvəqqəti Qadağa»

Futbol
Bu gün, 17:51

"Arsenal" xal fərqini artırmaq şansı var, "Mançester Yunayted" isə elitada qalma uğrunda mübarizə aparmalıdır — Premyer Liqa 12-ci tur icmal

Futbol
Bu gün, 17:50

"Neftçi – Zirə qarşılaşmasının heyətləri açıqlanıb"

Boks
Bu gün, 17:45

Həyat yoldaşının açıqlamasından sonra BBBofC Fyurini döyüşdən əvvəl tibbi müayinəyə göndərdi

Futbol
Bu gün, 17:43

Hakim qapıçıya yumruq vurdu – VİDEO

Futbol
Bu gün, 17:40

PSJ "Real"ın Betis idmançısı Abde Ezzalzouliyə maraqlanır

Futbol
Bu gün, 17:36

UEFA «Beşiktaş» – «Hapoel» matçında iğtişaşları araşdırmaq üçün müfəttişlər təyin edib

Futbol
Bu gün, 17:34

Zaur Həşimov "İmişli" üzərindəki qələbəyə hava və su kimi ehtiyacımız vardı

Futbol
Bu gün, 17:33

"İmişli" "Şəfa"ya Yevlaxda 1:3 hesabı ilə uduzdu

Futbol
Bu gün, 17:31

"Araz-Naxçıvan-2"lə "Zirə-2" arasında altı qolluq heç-heçə

Futbol
Bu gün, 17:25

«İmişli»nin baş məşqçisi «Şəfa»ya məğlubiyyətdən sonra komandasını tənqid etdi

Futbol
Bu gün, 17:23

Fransa Liqa 1: "Paris" PSJ-ni cəmi üç xalla təqib edir - XII tur əvvəlki icmal

Futbol
Bu gün, 17:21

Şəfa 10 oyunluq qələbəsizlik seriyasını bitirdi – 3:1 qalib gəldi

Oxşar xəbərlər