top
Fuad Bayramov: “Çempionatdakı uğurumuzu yaddan çıxarıb, kubokun final matçına səfərbər olmuşuq” Sport24.az
31 may 2024, 13:47
- ↺ +

Fuad Bayramov: “Çempionatdakı uğurumuzu yaddan çıxarıb, kubokun final matçına səfərbər olmuşuq”

Cari mövsümdə "Zirə"nin heyətində özünü yaxşı tərəfdən göstərən futbolçulardan biri də Fuad bayramov oldu. İcarə əsasında "qartallar"ın şərəfini qoruyan 26 yaşlı müdafiəçi meydana çıxdığı 26 oyunda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qaldı. Bayramovun icarə müddəti başa çatır. Görəsən, müdafiəçi növbəti mövsümdə hansı klubun şərəfini qoruyacaq? Sport24.az-a müsahibə verən futbolçu həm bu, həm də bizi maraqlandıran başqa sualları cavablandırdı.

 

- Premyer Liqada mövsüm başa çatıb. Çempionat barədə fikirlərini bölüşərdin...

- Başa çatan mövsüm yüksək rəqabət fonunda çox gərgin və maraqlı oldu. Bizim üçün hər oyun, hər qələbə, qazanılan hər bir xal böyük zəhmət bahasına başa gəldi. Şükürlər olsun ki, sonda istəiyimizə nail olduq, mükafatçılar sırasında yer aldıq. Buna da layiq idik.

 

- Premyer Liqanı 2-ci yerdə bitirsəz də, "futbol ili" sizin üçün başa çatmayıb. Qarşıda komandanı "Qarabağ"la kubokun finalı gözləyir. İlkə imza atmaq, titul qazanmaq şansınız var...
- Artıq çempionatdakı uğurumuzu yaddan çıxarıb, kubokun final matçına səfərbər olmuşuq. "Qarabağ"ın gücü və səviyyəsi barədə əlavə nəsə deməyə ehtiyac yoxdu. Amma rəqibdən çəkinmirik, biz də onlar kimi kuboku başımız üzərinə qaldırmağa köklənmişik. Azarkeşlərimiz bilsinlər ki,
son saniyələrə kimi mübarizə aparacağıq.  


- Özün Şamaxıdansan. Doğma yurdunun komandası da növbəti mövsüm elitada çıxış edəcək.
- "Zirə" də çıxış etsəm də, ürəyim "Şamaxı"yla da döyünür. "Şirlər"in yenidən Premyer Liqada çıxış edəcəyinə sevinirəm.



- Müqavilə ilə də "Şamaxı"ya məxsussan. "Zirə"dəki icarə müddətin bitir. Gələcəyini harda görürsən?
- Bu barədə hələlik nəsə deyə bilmərəm. Hazırda bütün fikirimi kubokun final matçına kökləmişəm.


- Atan çılğın futbol azarkeşidi. Onu tez-tez "Zirə"nin və "Şamaxı"nın oyunlarında görmək mümkündü. Hansı kluba daha çox azarkeşlik edir? "Şamaxı"ya, yoxsa "Zirəyə"?
- Uşaqlıqdan mənə ən böyük dəstək verən və heç vaxt tək buraxmayan atam olub. O, yalnız atam yox, həm də bir nömrəli azarkeşimdi. Atama buna görə çox minnətdaram. O ki qaldı bu suala, yaxşı olardı ki, bunu özündən soruşun.



ABDULLA İSMAYILOĞLU

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 08:00

ABŞ Futbol Federasiyası Manchester United-dan 10 milyon dollar tələb edə bilər

Futbol
Bu gün, 07:09

Mançini Mbappe-nin zədələnməsindən risk etməməsini tövsiyə etdi

Futbol
Bu gün, 06:14

Klopp: Azarkeşlərimin sayı artıb, aptekdə 80-90 yaşlı qadınlar mənə uğurlar arzulayırlar

Futbol
Bu gün, 05:15

Barselona, 20 milyon avroluq 18 yaşlı müdafiəçi Rud Neystadı hədəfə alıb

Futbol
Bu gün, 04:11

Çexiya millisi baş məşqçisinin Yamalın çıxmaması ilə bağlı açıqlaması

Boks
Bu gün, 03:11

Gülər Hüseynova finala çıxan rəqibi qarşısında qələbəni əmin hesab edir

Olimpiada
Bu gün, 02:07

Adil Kazımlı: Gümüş medal qazanaraq təşkilata minnətdarlığını bildirir

Basketbol
Bu gün, 01:50

Neftçi basketbol komandası Mikonosun beş oyunlu qələbə seriyasına son verdi

Şahmat
Bu gün, 00:36

Şəhriyar Məmmədyarov qrup mərhələsində 3 xal ilə başladı

Futbol
Bu gün, 00:23

Britaniya nəşri Azərbaycan millisinin qrup mərhələsində məğlubiyyətsiz lider olduğunu qeyd edir

Futbol
Bu gün, 00:09

Tuxel: 7:0 məğlubiyyət Xorvatiyanın gücünü əks etdirmir

Futbol
Dünən, 23:51

De la Fuente: Yamalın vəziyyəti və mediadakı yanlış iddialar

Olimpiada
Dünən, 23:48

Azərbaycan taekwondoçusu Adil Kazımlı gümüş medal qazanıb

Futbol
Dünən, 23:37

Tçuameninin “Selta” ilə qarşıdakı oyunda iştirakının qeyri-müəyyənliyi

Futbol
Dünən, 23:12

Real Madrid, Endrik'i komandada saxlamaq üçün planlaşdırır

Cüdo
Dünən, 22:55

Coşqun Əliyev -60 kg çəki sinifində Avropa çempionu

Basketbol
Dünən, 22:52

Kostas Vasiliadis: ‘Neftçi və Azərbaycan basketbolu üçün sevinc dolu’

Digər
Dünən, 22:41

Dvalişvili Usman və Umar Nurməhəmmədovun arxadan hücum etdiyini iddia edir

Futbol
Dünən, 22:29

“Roma” Ermosonun maaşını azaltaraq müqaviləni uzatmaq istəyir

Şahmat
Dünən, 22:05

Nərmin Abdinova 8 qələbə ilə Avropa çempionu oldu

Futbol
Dünən, 22:01

Atletiko 17 futbolçu və Simeon olmadan məşq etdi

Futbol
Dünən, 21:46

Peres, Bernar Arnonun Real Madridi investisiya etməsini təklif edir

Futbol
Dünən, 21:31

Kain: “Bayern olmadan Qızıl Topu qazana bilməzdim”

Futbol
Dünən, 21:20

Harri Keyn 126. oyunu ilə İngiltərə rekordunu qırmağa hazırdır

Oxşar xəbərlər