top
Fransa-Azərbaycan oyunu: Reallıq və Xəyallar Sport24.az
11 oktyabr 2025, 10:00
- ↺ +

Fransa-Azərbaycan oyunu: Reallıq və Xəyallar

Ceyhun Əliyev, Paris

 

Nəhayət, ötən gecə çatdı. Paris səfərimizin apogeyi heç şübhəsiz ki, Fransa ilə səfər matçı idi. Ayxan Abbasovun start heytini müzakirə etməyəcəm. Bilirsiniz niyə? Çünki fransızlara qarşı meydanda hansı azərbaycanlıların olması heç nəyi dəyişə bilməzdi. Start fitindən dərhal sonra bunu hər birimiz hiss etdik. Şahruddinin qoruduğu qapı sanki Stalinqrad idi, hər tərəfdən mühasirəyə alınmışdı. Bir sıra epizodlarda Məhəmmədəliyev əla qurtarışlarla yadda qaldısa, digər anlarda Bəhlul Mistafazadə və silahdaşları gələn mərmirələri müvəqqəti olaraq cərimə meydançasından uzaqlaşdırırdı.

 

Görünən kəndə nə bələdçi? Fransızlar futbolun nə olduğunu hər toxunuşlarında nümayiş etdirirdisə, ölkəmizin ən yaxşı topla oynayanları bizə futbol yox, futbolun imitasiyasını izlədiyimizi növbəti dəfə sübuta yetirirdi. Acı reallıq olsa da, bu faktı mütləq qeyd etməliyik ki, milliyə namizəd oyunçular özlərinə düzən versin. Doğrudu, iki oyunçumuz daha çox seçilirdi: Bəhlul Mustafazadə və Abdulla Xaybullayev. "Qarabağ"ın müdafiəçisi Fransaya qarşı bir azərbaycanlının edə biləcəyinin maksimumunu ortaya qoydu. Xaybullayev isə… Fikrimcə, bu dayaq yarımmüdafiəçisi bir neçə beynəlxalq görüşdə də özünü Parisdəki kimi göstərsə, "Sabah"ın "elçi daşı"nın üstündə xeyli Avropa klubu oturacaq. Bəlkə də bir qədər pafoslu səslənəcək, ancaq Abdulla mənə Cennaro Qattuzonu xatırlatmağa başlayıb. Özü də Ukrayna ilə Bakıdakı matçda da dağıdıcılığı ilə göz oxşayan 24 yaşlı dağıstanlı millimizin heyətində ən yaxşı oyunçu idi.

 

Vurulan qolları müzakirə etməyə dəyməz. Çünki hansısa epizodu xilas etmək mümkün olardısa, Deşamın komandası mütləq başqa kombinasiya ilə qapımıza yol tapacaqdı. Buna görə diqqəti başqa faktora yönəltmək istəyirəm. Uşaqların ustalıq səviyyəsi bu rəqiblə kəllə-kəlləyə gəlməyə imkan verməsə də, millimizin mübarizə ruhu ən xoş sözlərə layiqdi. Görünən budu ki, Abbasov fubolçularla ən düzgün münasibəti qurmağı bacarıb.

 

Qarşıdan millimizi bu dəfə Ukraynanın timsalında daha bir ağır sınaq gözləyir. Qrupumuzda elə bir qəribə situasiya yaranıb ki, Polşada baş tutacaq oyundan qalib ayrılsaq, qrupda ikinci olmaq şansımız olduqca real görünəcək. Əlbəttə, gözəl anlayıram ki, dediklərim "xəyal-plovdu". Lakin unutmayaq ki, bəzən qurduğun xəyallar gerçəkliyə çevrilir.

 

 

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
12 oktyabr 2026, 11:51

“Sabah” və “Slaviya” qarşılaşması üçün 51 minə yaxın bilet satılıb – KLUBDAN İDMAN.BİZ-ə açıqlama

Futbol
12 oktyabr 2026, 11:07

Harri Keyn “Bavariya” ilə 2030-cu ilin yayınadək müqaviləsini uzada bilər

Qarabağ FK
12 oktyabr 2026, 10:00

VII tur: 12 qol, Sumqayıtın möhtəşəm qalibiyyəti və turnirin digər əsas nəticələri

Futbol
12 oktyabr 2026, 09:44

“Real Madrid”ın hücumçusu Vinicius Junior sevgilisindən ayrıldı

Futbol
12 oktyabr 2026, 06:47

Spalletti: “Yuventus” qələbəni öz təşəbbüsü ilə əldə etməlidir

Futbol
12 oktyabr 2026, 04:40

“Aston Villa” Endricki icarəyə götürməyi planlaşdırır

Futbol
12 oktyabr 2026, 01:30

Nihat Kahveci, Türkiyə milli komandasının yeni baş məşqçisi olaraq Fatih Tekkeyi təklif etdi

Futbol
11 oktyabr 2026, 23:58

Ramil Şeydayev Soçi–Ufa matçında qalibiyyətdə iştirak etdi

Futbol
11 oktyabr 2026, 22:55

Arda Turan Türkiyə milli komandası üzrə məşqçilik təklifini rədd etdi

Futbol
11 oktyabr 2026, 22:55

Turan Tovuz, Şəfaya 0:1 qalib gəldi - Video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 22:30

Əvəzedicilər Liqası: “Qarabağ‑2” və “Sumqayıt‑2” qalib gəldi

Qarabağ FK
11 oktyabr 2026, 22:25

İmişli – Qarabağ (0:2) matçının video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 21:49

Qurban Qurbanov: “Qələbəmiz önəmlidir, amma hələ də komandamızda bəzi çatışmazlıqlar mövcuddur”

Futbol
11 oktyabr 2026, 21:26

Manchester City 3-0 Liverpool, Crystal Palace 3-1 Nottingham Forest – nəticələr + video

Qarabağ FK
11 oktyabr 2026, 17:36

Kamilo Duran “Seltik”in 2:0 qələbəsində qol vurdu – VİDEO

Qarabağ FK
11 oktyabr 2026, 13:24

Avstriyalı hakim Sebastian Qishamerin doğum günündə “Sabah” – “Slaviya” oyununu idarə edəcək

Futbol
11 oktyabr 2026, 11:20

“Sabah” müdafiəçisi Puxaç Levandovskiyi görkəmli natiq hesab etmir

Qarabağ FK
11 oktyabr 2026, 10:37

Duran, “Qarabağ”dan “Seltik”ə keçidinin Kolumbiya millisində dəvətə əsas faktor olduğunu bildirib

Futbol
11 oktyabr 2026, 10:19

Şəfa və Turan Tovuz Misli Premyer Liqasının 7-ci turunda ilk dəfə qarşılaşacaq

Qarabağ FK
11 oktyabr 2026, 09:31

“İmişli” “Qarabağa” qarşı: İlk qolmu, dördüncü məğlubiyyətmi?

Futbol
11 oktyabr 2026, 09:19

Messi Inter Miami-də 934-cü qolunu vurdu, 1000-ə 66 top qaldı

Cüdo
11 oktyabr 2026, 01:49

Rəşad Nəbiyev dünya çempionatında rekord 7 medal qazanmış cüdoçularımızı təbrik etdi

Futbol
11 oktyabr 2026, 01:04

Real Madrid Vilyarrealı 1-0 məğlub etdi, Vinicius qırmızı kart gördü; Barcelona 3-0 Xetafe

Futbol
11 oktyabr 2026, 00:12

Filipe Kandido: 4-1 qələbə ilə Qəbələyə tam haqq etdik

Oxşar xəbərlər