Fransa millisinin futbolçusu Kilian Mbappe karyerasının ən yaxşı seriyasına nail olub. Sport24.az-ın məlumatına görə, hücumçu buna DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan yığması ilə matçda fərqlənməklə sahib çıxıb.
Görüşdə hesabı açan Mbappe həm klub, həm də yığmada meydana çıxdığı ardıcıl 10 oyunda fərqlənə bilib.
Bu isə onun karyerasının ən yaxşı seriyasıdır.
Qeyd edək ki, Azərbaycan millisi rəqibinə 0:3 hesabı ilə uduzub.